warez forum warez script hacklink Adalet.az | Diyarbəkirdə etiraz aksiyası keçirən analardan daha biri övladına qovuşub Adalet.az | Diyarbəkirdə etiraz aksiyası keçirən analardan daha biri övladına qovuşub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Diyarbəkirdə etiraz aksiyası keçirən analardan daha biri övladına qovuşub

21439    |   2019-12-10 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

 Diyarbəkirdə 15 yaşında dağa qaçırılan oğlu Cəfər Ceylan üçün etiraz aksiyasında iştirak edən analardan biri olan Xədicə Ceylan oğluna qovuşub.

Adalet.az bildirir ki, HDP-lilər tərəfindən dağa qaçırıldığını iddia edən və oğlu Mehmet Akara görə avqustun 22-dən HDP Diyarbəkir təşkilat binası qarşısında etiraz aksiyasına başlayan Hacire Akarın etirazları nəticə vermiş və o, avqustun 24-də oğluna qovuşmuşdur.

Hacire Akarın övladına qovuşması ürəyi övlad həsrətiylə yanan analara da nümunə olub.

4 il əvvəl 15 yaşınd olan Diyarbəkirin Kayapınar qəsəbəsindən dağa qaçırılan Cəfər Ceylan üçün gələn ana Xədicə Ceylan da 8 oktyabrdan etiraz aksiyasına başlayıb. Anasının etiraz aksiyasında iştirak etdiyini öyrənən Cəfər ailəsinə qovuşmaq üçün terror təşkilatından qaçmağa qərar verib. Şanlıurfa əyalətinin polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Cəfər ilə əlaqə yaradılaraq terror təşkilatının əlindən müvəffəqiyyətlə xilas edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ceylan ailəsinə zəng edərək, "keçmiş olsun” diləklərini çatdırıb.

Ceylan ana Prezident Ərdoğanın onlara zəng etməsindən məmnun olduqlarını dilə gətirib və "Allah prezidentimizə kömək olsun, ona güc-qüvvət versin”- deyib.

Etiraz aksiyasında iştirak edən digər anaların da övladlarına qovuşmasını arzu edən Ceylan ana, bildirib ki, rəbbim, ana atalarından uzaq düşən övladları qovuşdursun: "Mən kürdəm, yoldaşım da kürddür, evimizdə rahat bir şəkildə otururuq. Kimsə bu vaxta qədər bizim işimizə qarışmayıb. 4 il idi ki, mənim oğlum getmişdi. Bu qədər əsgər və polis nə üçün ölüb? Burada kürd, türk məsələsi yoxdur. Sadəcə gəncləri öz vəzifə maraqları üçün öldürürlər. Oğluma ‘Orada başqa ana-ataların qəlbini dağlama, əlindən gəldiyi qədər heç kimin ciyərini yandırma’ dedim. O da, ‘Yaxşı ana, inşallah gələcəyəm’ dedi. Bu, polislərimizin, əsgərlərimizin, dövlətimizin sayəsində oldu. Allah dövlətimizi başımızdan əskik etməsin.”, - deyə bildirib.



İmza:Sübhan
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK