hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib Adalet.az | Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

4292    |   2019-12-10 17:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, prokurorluq əməkdaşları, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirməklə onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq əziz və unudulmaz xatirəsini hörmətlə yad edir, gördüyü möhtəşəm işlərin əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirlər.

Bildirilmişdir ki, dahi şəxsiyyətin parlaq dühası onu dünya siyasətinin nəhəng şəxsiyyətlərindən birinə çevirmişdir. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur” - deyən dahi rəhbər 30 ildən artıq bir müddətdə - istər sovetlər dövründə, istərsə də müstəqillik illərində qüdrəti və dərin zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarmışdır. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır.

Vurğulanmışdır ki, məhz ulu öndərin rəhbərliyi dövründə onun qətiyyətli addımları sayəsində məhkəmə-hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılmış, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması və 1998-ci ildə birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması gerçəkliyə çevrilmişdir.

Mərasim iştirakçılarının nəzərinə çatdırılmışdır ki, Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmuş, bu unudulmaz hadisə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun çoxsaylı kollektivi ulu öndərin müdrik rəhbər kimi diqqət və qayğısını daim hiss etmiş, fəaliyyətinə verilən yüksək qiyməti səmimi minnətdarlıq duyğuları ilə qarşılamış, xalqımıza ləyaqətlə xidmət göstərmişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının bütün dövlət təsisatları kimi prokurorluq orqanlarının idarəetmə sistemində statusuna uyğun layiqli yerini tutması Heydər Əliyevin dövlətçilik siyasəti və bu siyasəti yeni müstəvidə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində mümkün olmuşdur.

Ulu Öndər Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktiki fəaliyyətində həyata keçirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü dövlət siyasəti həyata keçirən Möhtərəm Prezidentimiz daim öz müdrik qərarları, bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas etmiş, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin etmişdir. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar bunun bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Həmçinin vurğulanmışdır ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən institusional qanunvercilik, struktur və kadr islahatlarının Azərbaycan xalqı tərəfindən tam dəstəklənməsi, vətəndaşlarımızın rifah halının günü-gündən yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan bir sıra antimilli qruplar və onların qeyri-adekvat liderlərinin ölkəmizdə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaqdır.

Xüsusilə qeyd edilmişdir ki, ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti xalqımız tərəfindən Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ümummilli liderin əziz xatirəsinə həsr olunmuş "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu” filmi nümayiş etdirilmişdir.




İmza:

DİN-də kollegiya iclası keçirilib

Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub

Vilayət Eyvazov: 2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib

Abşeron dairəvi dəmir yolunun tikintisi yekunlaşır - Stansiyaların sayı artırılacaq

10 rayonda payızlıq əkin məlumatlarının peyk yoxlamaları başa çatıb

Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı

Azərbaycanda pensiya və sosial müavinətləri artan insanların sayı açıqlandı

Sabahdan bu xətt üzrə avtobuslar dəyişdirilir

İqbal Ağazadənin seçiciləri ilə növbəti görüşü - Fotolar

Azərbaycanda yeni yonca növü aşkarlandı - Qafqazda ilk

Abşeronda ruhi xəstəni öldürüb kanala atdılar

Səkkiz yaşlı cəllad edam həyata keçirdi - FOTO

SON XƏBƏRLƏR
2020-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK