hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib Adalet.az | Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

4474    |   2019-12-10 15:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) BMT-nin Ölkə ofisi ilə birgə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin "Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin yekunlarına həsr olunmuş tədbir keçirib.

Ombudsman Aparatından verilən məlumata görə, tədbirdə Ombudsman Səbinə Əliyeva və BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzai iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün əhəmiyyəti barədə ətraflı məlumat verib.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırılıb.
Bildirilib ki, bu il BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel Baçeletin "Gənclər - insan hüquqlarının müdafiəsində fəal ol” çağırışı cəmiyyətimizin fəal üzvlərindən olan gənclərimizin insan hüquq və azadlıqlarının müdafiəsi işində daha da yaxından iştirak etməsini özündə ehtiva edir.

Ombudsman vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin 8 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında Layihə Sənədi təsdiq edilmişdir. Hazırda layihə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-in) təbliği, DİM üzrə Gənc Səfirlərin seçilməsi və DİM üzrə Könüllü Milli Hesabatların hazırlanmasında gənclərin iştirakı, Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması kimi istiqamətlərdə uğurla davam etdirilir.

Müvəkkil gənclərin hüquqi cəhətdən maarifləndirilməsinin, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin insan hüquq və azadlıqlarının müdafiəsini daha da səmərəli təmin etmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, əhalinin müstəlif sosial qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin, gənclərin hüquqlarının daha da səmərəli təmini istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığının əhəmiyyətini önə çəkib.

Tədbirdə Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi "Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin "Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri elan olunub və mükafatlandırılıblar.

Jurnalistlər Hakıyeva Səadət (Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC), Əfəndiyev Pünhan ("Üç nöqtə” qəzeti) I yerə, Əliyev Seymur (Moderator.az saytı), Əliyev Azad ("Həftə içi” qəzeti) II yerə, Nəbili Emin (Ucnoqta.az saytı) və Əlifov Nazim ("Savalan” qəzeti) III yerə layiq görülüb, sertifikatlar və pul mükafatları alıblar.

Qeyd olunmalıdır ki, bu ilki uşaq rəsm müsabiqəsinə Bakıdan və regionlardan olmaqla 333 uşağın 350-dən çox rəsm işi təqdim olunub və peşəkar rəssam tərəfindən qiymətləndirilib.

Rəsm müsabiqəsinə qoşulmuş, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Aslanova Sofiya, Əliyeva Zəhra I, Zalova Leysan, Zeynallı Aynur II, Ələkbərov Fuad və Kərimli Yusif III yerləri tutublar, onlara sertifikatlar və pul mükafatları təqdim edilib. Rəsmləri fərqləndirilən 20 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif olunublar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, paytaxt və bölgələrdəki ümumtəhsil məktəblərini, uşaq-gənclər inkişaf mərkəzlərini, təsviri sənət qalareyalarını təmsil edən istedadlı uşaqlar var. Müsabiqəyə təqdim edilən bütün rəsmlər mövzularının aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə diqqəti cəlb edir.



İmza:

DİN-də kollegiya iclası keçirilib

Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub

Vilayət Eyvazov: 2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib

Abşeron dairəvi dəmir yolunun tikintisi yekunlaşır - Stansiyaların sayı artırılacaq

10 rayonda payızlıq əkin məlumatlarının peyk yoxlamaları başa çatıb

Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı

Azərbaycanda pensiya və sosial müavinətləri artan insanların sayı açıqlandı

Sabahdan bu xətt üzrə avtobuslar dəyişdirilir

İqbal Ağazadənin seçiciləri ilə növbəti görüşü - Fotolar

Azərbaycanda yeni yonca növü aşkarlandı - Qafqazda ilk

Abşeronda ruhi xəstəni öldürüb kanala atdılar

Səkkiz yaşlı cəllad edam həyata keçirdi - FOTO

SON XƏBƏRLƏR
2020-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK