ANA SƏHİFƏ / HADİSƏ

Bakıda ögey ananın 2 azyaşlıya işgəncə verməsilə bağlı cinayət işi başlandı

3779    |   2019-12-10 11:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda azyaşlı uşaqlara ögey anaları tərəfindən işgəncə verilməsi barədə yayılan məlumatlarla bağlı cinayət işi başlanıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz facebook səhifəsində məlumat yayıb.

Eldar Sultanov bildirib ki, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




İmza:

FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb

Sosial şəbəkədə məşhurlaşmaq üçün qonşusunu öldürüb videoya çəkdi

Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? - YENİLƏNİB + RƏSMİ AÇIQLAMA

21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Kürdə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Azərbaycanda daha bir əxlaqsızlıq yuvası aşkarlandı

Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib - YENİLƏNİB

İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima-Naqasaki - 75 il

Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub - VİDEO

Bakıda parkdakı yanğın söndürüldü - YENİLƏNİB

Xəzərdə təhlükə: Bakıda çirkab suları dənizə axıdılır - AÇIQLAMA + VİDEO

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK