hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Komitə sədri: "Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən..." Adalet.az | Komitə sədri: "Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Komitə sədri: "Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən..."

3393    |   2019-12-10 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1948-ci il dekabrın 10-da BMT-nın Baş Məclisi İnsan hüquqları haqqında bəyannamə qəbul edib. Əgər bütün ölkələr bu bəyannaməyə əməl etmiş olsaydı, heç bir yerdə ekstremizim baş qaldırmazdı.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda deyib.

M.Qurbanlı bildirib ki, çox təəssüf ki, BMT səviyyəsində qəbul edilən bir çox sənədlər kağız üzərində qalır: "Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəbul edilən qətnamələr də indiyə qədər kağız üzərində qalıb. Ekstremizm və terrorizmə qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir. Dünyada ekstremizm, terrorizm nəticəsində minlərlə insan həlak olur''.

Komitə sədri bildirib ki, ekstremist qruplar müxtəlif adlar altında gizlənir: "Burada xarici və daxili amilə də diqqət yetirməliyik. Bəzi yerlərdə ekstremist qrupların xarici amildən dəstəkləndiyini və hərəkət etdiklərini görürük. Bu gün dünyada baş verən münaqişələr nəticəsində 70 milyondan çox insan başqa yerlərə gedirsə, burada mədəniyyətlərin fərqliliyi yaranır və həmin qruplar arasında ziddiyyətlərə gətirib çıxarır".

M.Qurbanlı vurğulayıb ki, Azərbaycan da müxtəlif ekstremist qrupların cəhd etdikləri məkanlardan biri kimi göstərilə bilər: "Ölkəmizdə din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub ki, onlara qarşı vaxtında profilaktik tədbirlər görmüşük. Qanun qəbul olunub. Bu, qanun din amilindən sui-istifadə edərək Azərbaycanda din adı altında ekstremist qrupların yaranmasının qarşısını almaq üçündür. Profilaktik tədbirlərlə ölkəmizdə xaricdən dəstəklənən, din adı altında gizlənən bu cür qrupların baş qaldırması önlənib”.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb. Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi müsəlmandır. Bununla yanaşı, dini konfensiyalar harmoniya içərisində yaşayır.




İmza:

DİN-də kollegiya iclası keçirilib

Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub

Vilayət Eyvazov: 2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib

Abşeron dairəvi dəmir yolunun tikintisi yekunlaşır - Stansiyaların sayı artırılacaq

10 rayonda payızlıq əkin məlumatlarının peyk yoxlamaları başa çatıb

Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı

Azərbaycanda pensiya və sosial müavinətləri artan insanların sayı açıqlandı

Sabahdan bu xətt üzrə avtobuslar dəyişdirilir

İqbal Ağazadənin seçiciləri ilə növbəti görüşü - Fotolar

Azərbaycanda yeni yonca növü aşkarlandı - Qafqazda ilk

Abşeronda ruhi xəstəni öldürüb kanala atdılar

Səkkiz yaşlı cəllad edam həyata keçirdi - FOTO

SON XƏBƏRLƏR
2020-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK