nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı Adalet.az | Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

22205    |   2019-12-06 17:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cəlilabad rayonunda fərdi yaşayış evlərindən birindən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən evdə olmadığı müddətdə mənzildən 800 dollar, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Hadisə barədə məlumat qeydə alınan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisənin Bakı şəhər sakini Ziya Xasayzadə, Masallı rayon sakini İlyas Mikayılov, Ağdam rayon sakini Emin Məmmədov və Cəlilabad rayon sakini Esmira Həsənova tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.

Qeyd edək ki, oğurluq edilən mənzilin sahibi dəstə üzvü Esmira Həsənovanın bibisinə məxsus olub. O, hadisə günü evdə heç kimin olmadığını bildiyi üçün digər şəxslərlə birlikdə oradan oğurluq edib. Dəstə üzvləri Bakı şəhərindən Cəlilabad rayonuna Emin Məmmədovun "Opel” markalı avtomobili ilə gəliblər. Hadisədən sonra isə onlar elə həmin nəqliyyat vasitəsi ilə də paytaxta qayıdıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2020-01-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK