ANA SƏHİFƏ / GÜNDƏM

Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

6063    |   2019-12-06 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycanın hər yerində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilməsi aksiyası keçirildi. Möhtəşəmliyi ilə diqqəti cəlb edən layihə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. Əhalinin çox müxtəlif kateqoriyalarının yüksək qiymətləndirdiyi və yaxından iştirak etdiyi aksiyada Yeni Azərbaycan Partiyasının təmsilçilərinin xüsusi fəallıq nümayiş etdirdiyini qeyd etməyə bilmərəm. Söhbət Azərbaycanın ekologiyasına töhfə verilməsindən, yaşıllıq zolaqlarının salınmasından gedən yerdə partiyamızın çoxsaylı üzvlərinin fəal iştirakı şübhəsizdir. Bu həssaslıq ümummilli lider Heydər Əliyevin təbiətə, yaşıllığa, ağaclara hər kəsə məlum olan qayğısından qaynaqlanır.

Adalet.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, Nəsiminin xatirəsinə insanlarımızın dərin hörmət və ehtiramını ifadə edən aksiyanın bir sıra diqqəti cəlb edən məqamlarına toxunmamaq mümkün deyil: "Əvvəla onu deyim ki, insanlarımız Mehriban xanım Əliyevanın həyatımızın bir çox sahələrini əhatə edən möhtəşəm layihələrini həmişə yüksək qiymətləndirərək dəstəkləmişlər. Səbəbi sadə və anlaşılandır. Həmin layihələr Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına, şəfqət və xeyirxahlıq, insana qayğı kimi ali dəyərlərin möhkəmləndirilməsinə xidmət göstərir və bu səbəbdən də insanların belə təşəbbüslərə biganə qalması mümkün deyil. Reallaşdırılan layihələrin sayəsində nə qədər insan şəfqət tapıb, düşdüyü çətinliklərdən xilas olub, mənəvi dəyərlərimiz qorunub, saxlanılıb, inkişaf etdirilib. Beləcə, Mehriban xanımın xeyirxah, xalqın dostu, mədəniyyətimizin, bütünlüklə mənəvi dəyərlərimizin etibarlı himayədarı imici formalaşıb. Buna görə insanlarda Heydər Əliyev Fondunun Prezidentinin təşəbbüslərinə həssaslıqla dəstək vermək adəti formalaşıb. Bir gün ərzində 650 min ağac əkmək təşəbbüsünün dəstəklənməsinə gəldikdə isə, qeyd etmək istərdim ki, burada onun Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına xidmət etmək niyyəti ayrıca rol oynayıb. Ancaq diqqəti cəlb edən təşəbbüsün miqyası və əzəmətidir. Əslində, sözügedən aksiya bütün bölgələrdə əhalinin böyük bir qismini əhatə edir. Aksiya zamanı müşahidə etdiyim yüksək əhval-ruhiyyə Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücündən xəbər verir. Sanki bütün xalq təşəbbüsə qoşulmaqla özünün dərin və sarsılmaz həmrəyliyini, iqtidar-xalq birliyini bir daha nümayiş etdirmək fürsəti qazanmış oldu. Əslində, 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi".

Baş nazirin müavini vurğulayıb ki, aksiyanın əzəməti daha bir reallığı əyani surətdə, qabarıq şəkildə biruzə verdi. Bu da insanların Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirilən və böyük vədlər verən siyasətinə dərin inamdan ibarətdir: "Prezidentin siyasəti indi dərin və hərtərəfli islahatlar mərhələsinə daxil olub. İnsanlar islahatların Azərbaycanın daha parlaq gələcəyinin təmin olunmasına etibarlı zəmin yaradacağına inanır. Ona görə də ölkəmizin bu günü və sabahı naminə irəliyə atılan təşəbbüsləri dəstəkləyir, onların həyata keçirilməsi naminə hər cür fədakarlıq göstərmək imkanından faydalanmağa çalışır.

650 min ağacın əkilməsi kimi möhtəşəm təşəbbüsün uğurla həyata keçirilməsi münasibətilə onun təşəbbüskarı Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edirəm. İllər gələcək, bu gün əkilən ağaclar böyüyəcək, Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına və həyatının gözəlləşməsinə xidmət göstərəcək. Düşünürəm ki, möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir".



İmza:

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır

Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO

Akademik: "Dağlıq Qarabağ" anlayışı olmayıb!

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub

Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir

Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

DEYİRSİNİZ YƏNİ «AZAL»ın PREZİDENTİ CAHANGİR ƏSGƏROV

Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

Prokurorluğun və ya DTX-nin əlində bir içim su

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK