hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Hüquqlarımızı qoruyan Vəzifəli Kişi - Ulucay Akif yazır Adalet.az | Hüquqlarımızı qoruyan Vəzifəli Kişi - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Hüquqlarımızı qoruyan Vəzifəli Kişi - Ulucay Akif yazır

10088    |   2019-12-06 13:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaradılmış bütün vəzifələr, ünvanlar müəyyən problemlərin və məsələlərin həlli üçün nəzərdə tutulur.

Məsələn, nazirlər, millət vəkilləri, dövlət qurumları, qurumların mətbuat xidmətləri, katibələr...

Hamısını başa düşürəm, lap katibələri də, amma tək başa düşmədiyim vəzifə var, o da Ombudsmandır.

**

İlk olaraq biraz bu vəzifənin nə vaxt, necə və nə üçün yarandığını, dünya təcrübəsində nə işə yaradığından danışım.

Ombudsman vəzifəsi ilk dəfə 1809-cu ildə İsveçdə yaradılıb. Uzun müddət heç bir ölkədə tətbiq olunmasa da, təxminən bir əsrdən də çox zaman keçdikdən sonra bir sıra Şimali Avropa ölkəsi də öz idarəetməsində bu vəzifəyə ehtiyac duydu.

1919-cu ildə Finlandiya, 1952-də Norveç, bir il sonra isə Danimarka İsveç modeli əsasında obmudsman vəzifəsini yaratdı.

Ombudsman vəzifəsinin təsis edildiyi ilk qeyri-Avropa ölkəsi Yeni Zellandiya (1962), ilk sosialistik respublika isə Polşa (1987) oldu.

Hal-hazırda dünyanın 100-ə yaxın ölkəsində bu vəzifə mövcuddur.

**

Ombudsman sözü öz kökünü qədim skandinav dilindən alır. "Umbod” - səlahiyyətli, vəzifəli. "Man” isə "kişi” deməkdir. Yəni "səlahiyyətli kişi”, "vəzifəli kişi”. Vəzifənin adı da bizimkilər demiş çox dambatdı. OMBUDSMAN! VƏZİFƏLİ KİŞİ!

O dəqiqə hiss olunur ki çox əhəmiyyətli vəzifədi. Skandinav dilində belə çox sanballı səslənir.

**

Bizdə isə hələki bu vəzifəyə sadəcə iki xanıma təyin olunub. Gərək özümüz üçün bu vəzifənin Azərbaycan modelini yaradaq – OmbudsWoman (Vəzifəli Qadın)

Bəs Ombudsmanın işi, vəzifəsi nədir?

Bizdə bu vəzifə 2002-ci ildə yaradılıb və ilk yaradıldığından düz 15 il Elmira Süleymanova bu vəzifənin icraçısı olub. Elmira Süleymanovanın ombudsman kimi səlahiyyət müddətinin 2017-ci ildə bitməsinə baxmayaraq, bu günədək yeni ombudsman seçilməmişdi, yəni Elmira xanım 2 il əlavə bu vəzifəyə yeni bir nəfər tapılana kimi bu səlahiyyətləri özündə saxlayırdı.

Hansı səlahiyyət?

Ombudmsan Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxsdir (əgər aydın olmasa, dərindən nəfəs alıb bir də oxuyarsınız).

Vəzifəli şəxslər üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onların qəbul etdiyi heç bir qərarı dəyişdirmək hüququ olmayan, ETİBARlı və layiqli şəxs. Tamamilə nonsens!

Nə isə...

Bütün Avropa (həmçinin digər demokratik ölkələrdə) ölkələrində bu şəxs əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür. Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması halında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.

Yəni ki...

Ombudsmanın vəzifəsi icraedici hakimiyyətin, vəzifəli şəxslərin fəaliyyəti zamanı vətəndaşların, əhalinin haqq və hüquqlarını qorumaqdır. Çox gözəl səslənir!

**

Yadıma düşür, təxminən 10-15 il qabaq, mən uşaq olanda, televiziyada xəbərlərdə tez-tez "Ombudsman Elmira Süleymanova...” ilə başlayan xəbərlər eşidirdim. Bir ara elə düşünməyə başlamışdım ki, bu 3 söz biri-birindən ayrı, başqa cümlələrdə istifadə oluna bilməz.

Əslində bizdə bu cür ayrılmaz söz birləşmələri (vəzifə + ad, soyad) çoxdur.

Hə... Sonra yavaş-yavaş bu ad və vəzifənin xəbərlərdə daha az hallanmağa başladığının fərqinə vardım. Bilmirəm, insan hüquqları ikinci, ya üçüncü, ya sonuncu plana keçdi deyəmi, yoxsa heç kimin haqq və hüquqları pozulmadı deyəmi...

**

Belə bir vəzifənin olduğunu tam unutmağa başlamışdıq ki, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçildi.

Nə deyək?

Xeyirli-uğurlu olsun!

Ümid edirik ki, Səbinə xanım bu məmləkətin adamlarının hüquqlarının tapdalanmamasına çalışar... 

Ən azından, heç olmasa bunu istəyər!



Ulucay Akif




İmza:

YAZARIN ARXİVİ

2020-01-23 : Türk qambiti
2020-01-21 : TƏBRİK
2020-01-14 : Türk qambiti
2020-01-10 : MUŞTULUQ
2019-12-25 : ŞƏRHSİZ!!!
SON XƏBƏRLƏR
2020-01-27
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK