nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik Adalet.az | Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

9804    |   2019-12-06 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Majoritar seçki olsa da, parlament seçkilərində hansı namizədin iştirak edəcəyini siyasi partiyalar müəyyənləşdirir. Ona görə də Yeni Azərbaycan Partiyasının seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərlə bağlı qərarı müəyyən vaxt çərçivəsində elan edilməlidir: "Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Daha sonra təbliğat-təşviqat kampaniyası başlanılacaq. Çalışacağıq ki, bütün gücümüzü sərf edərək namizədlərimizi dəstəkləyək".

B.Muradova Milli Məclisin buraxılması ilə bağlı artıq bütün hüquqi prosedurların həyata keçirildiyini xatırladıb. O əlavə edib ki, bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək: "Yeni Azərbaycan Partiyası da daxil olmaqla, bütün siyasi partiyalar, eləcə də özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır. Biz hər zaman olduğu kimi bu seçkilərə hazırıq, seçkilərdə iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezident və YAP-ın sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası seçkilərdə ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq".




İmza:

Aqil Abbas Hacılar kəndində görüş keçirib - Fotolar

“Yüzilliyin planı”

Aqil Abbas Qaraxanlı kəndində görüş keçirib - Fotolar

Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Aqil Abbas Poladlı kəndində görüş keçirib - Fotolar

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

Əsli Kazımova kənd ağsaqqaları və veteranlarla görüşüb

Ombudsman Aparatının əməkdaşları gender zorakılığı ilə bağlı tədbirdə iştirak ediblər

Yalan vədlərə son - bu dəfə özümüzdən biri olacaq!

Faiq QİSMƏTOĞLU: SEÇİCİLƏR HÜQUQLARINI BİLSƏLƏR

Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir - VİDEO

Azərbaycanda 278 nəfər deputatlığa namizədliyini geri götürdü

SON XƏBƏRLƏR
2020-01-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK