nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əhalinin təbii artımı azalır Adalet.az | Əhalinin təbii artımı azalır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Əhalinin təbii artımı azalır

4225    |   2019-12-06 11:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda əhalinin sayının artmasına baxmayaraq, son illər ərzində təbii artım əmsalı getdikcə azalır.

Adalet.az-ın məlumatına görə, bu ilin əvvəlinə olan statistikaya əsasən, ölkə əhalisinin sayı 9 milyon 981 min 500 nəfərə çatıb.

Lakin buna baxmayaraq, Azərbaycanda əhalinin artım tempi əvvəlki dövrlərlə müqayisədə azalıb. Təbii artım göstəricisinin dəyişməsi tendensiyası ildən-ilə azalmağa doğru müşahidə edilir. 2018-ci ildə qeydə alınan təbii artım əmsalı isə son 28 ilin ən aşağı göstəricisi olub.

Son 28 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda əhalinin təbii artım sayı 140 170 nəfər olub.

2014-cü ildə Azərbaycanda əhalinin artım əmsalı 12,2-ə (əhali sayı 114 855 nəfər artıb), 2015-ci ildə 11,7-ə (111 513 nəfər), 2016-cı ildə 10,6-a (102 816 nəfər), 2017-ci ildə 8,9-a (86 932 nəfər), 2018-ci ildə 8,4-ə (81 732 nəfər) enib.

Əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı isə 1990-cı ildəki 19,8 göstəricisindən 2017-ci ildə 8,9-a, 2018-ci ildə 8,4-ə enib.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə təbii artım nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.



İmza:

Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb

Parlament seçkiləri ilə bağlı 429 beynəlxaq müşahidəçi qeydə alınıb

Bakı da bundan imtina edə bilər

Parlament seçkilərində mübarizə aparan namizədlərin sayı açıqlandı

NATO ekspertləri Azərbaycan hərbçilərinə təlim keçir

Tibbi ərazi bölmələri təsdiq edilib

Daha bir təşkilata seçkilərdə exit-poll keçirmək üçün akkreditasiya verildi

SOCAR-da Wood Group şirkətlər qrupunun təmsilçiləri ilə görüş keçirilib

Nazirliyin müavinət və təqaüd ödədiyi şəxslərin sayı açıqlandı

Şagirdlərin qısnanma hallarına görə 20 nəfər cəzalandırılıb, 1 nəfər işdən azad edilib

Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir

Mikayıl Cabbarov: "Azərbaycan Davos İqtisadi Forumunun..."

SON XƏBƏRLƏR
2020-01-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK