hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Zaur Adıgözəlov: “Yeni övladlığa götürmə prosesində idarəetmə ASANlaşacaq” Adalet.az | Zaur Adıgözəlov: “Yeni övladlığa götürmə prosesində idarəetmə ASANlaşacaq” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Zaur Adıgözəlov: “Yeni övladlığa götürmə prosesində idarəetmə ASANlaşacaq”

14973    |   2019-12-03 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Övladlığagötürmə müxanizminin təkmilləşdirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 08 oktyabr 2019-cu il tarixli qanunvericilik təşəbbüsü əsasında Parlamentin plenar iclasının 3 dekabr 2019-cu il tarixli 3-cü oxunuşunda Ailə Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişdir.

Qanun layihələrinə dəyişikliklər 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Bu baxımdan qısa olaraq qeyd edim ki, yeni layihədə övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi və elektronlaşdırılması, övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi və məsuliyyətliyin artırılması nəzərdə tutulmuşdur.

Bu layihə övladlığagötürmə sahəsində yeni modeli və elektron hökümət siyasətini özündə təcəssüm etdirir və təbii ki, bu modelin mərkəzində də uşağın mənafeyinin qorunması durur.

Yeni Qanun ölkə başçısının islahatlar proqramına tərkib hissəsidir və düşünürəm ki, qanunun qəbul olunması ilə övladlığa götürmə prosesi ilə bağlı bürokratik əngəlliklərin aradan qaldırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, idarəetmənin ASANlaşdırılması baxımından mühüm sənəd olacaqdır. Belə ki, yeni Qanuna görə vətəndaşlar sənəd toplamadan, bir çox təmaslardan azad olurlar və elektron şəkildə onların müraciətləri, ərizələri qəbul olunur. Bu həm də elektron hökümətin inkişafına bir töhvədir.

Mövcud icra olunan qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı (ilkin uçotu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ümumi uçotu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcəkdir. Eyni zamanda, yeni Qanunda övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulmuşdur. Bunlar - övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yoxlanılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaqdır.) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir. Bu mərhələlər övladlığa götürmə prosesində övladlığa götürmək istəyən şəxslərin həm həyat şəraitinin, həm övladlığa götürməyə olan motivlərinin, həmçinin uşaqla onların uyğunlaşmasının müəyyən edilməsinə imkan verəcəkdir. Həmçinin, bu qanunda valideyn namizədlərlə bağlı tələblər sərtləşdirilmişdir. Belə ki, bir sıra kateqoriya cinayətləri törədən şəxslərin (sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə) övladlığa uşaq götürməsi qadağan edilir. Eyni zamanda, ovladlığa götürənlər - nigahda olan şəxslər üçün minimum yaş həddi 25, nigahda olmayanlar üçün 30 yaş, valideyn - namizədlə övladlığa götürülən uşaq arasında yaş fərqi 18 yaş kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin fərmanına uyğun olaraq bu prosesin dövlət icra mexanizmini müvafiq icra hakimiyyəti orqanı - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcəkdir.

Milli Məclis Aparatının eksperti, fəlsəfə doktoru

Zaur Adıgözəlov


İmza:

Aqil Abbas Hacılar kəndində məhəllə görüşü keçirib - Fotolar

Aqil Abbas Kəhrizli kəndində seçicilərlə görüş keçirib - Fotolar

Aqil Abbas Kürdlər kəndində seçicilərlə görüş keçirib - Fotolar

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

MSK: Hazırda deputatlığa namizədlərin sayı 1400 nəfərdir

Rizvan Qənbərov qeyri-adi seçki kampaniyası keçirib

İlham Əliyev Davosda merlə görüşdü - FOTO

Səyavuş Məmmədov seçicilərlə görüşüb - FOTOLAR

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

Kamaləddin Qafarov Binəqədi rayonunun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb - FOTO

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev

Aqil Abbas seçicinin mənzilində oldu - Foto

SON XƏBƏRLƏR
2020-01-27
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK