hacklink Adalet.az | "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı kitab nəşr edilib Adalet.az | "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı kitab nəşr edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

"Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı kitab nəşr edilib

5789    |   2019-12-02 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə doktoru, dosent Zaur Əliyevin sayca 14-cü kitabı çapdan çıxıb.

 "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabı Bakıda, "Elm və təhsil" nəşriyyatında çap olunub.

XVIII əsrin əvvəllərindən etibarən Çar RusiyasıCənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə edib. Ermənilər də Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olublar. Bu işdə isə onlara açıq-aşkar dəstək verən erməni kilsəsi olub. Təqdim edilən kitab ermənilərin milli kimlik davasından başlayaraq, bu gün Ermənistan Respublikasının terror siyasətinə qədərki dövrü əks etdirir.

Kitabda erməni kilsəsinin yaranması, Alban kilsələri və kimliyinə sahiblənməsi, oğurlanmış alban adları və abidələri, erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı və erməni kilsəsinin fəaliyyəti, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər məsələr əks edilib. Kitab yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir kitablara istinad edilərək çapa hazırlanıb.

Müəllif kitabda ermənilərin Qafqaza gəlmə olmasını və burda tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini mənbələr əsasında sübut edib. Kitab Erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır. Kitab "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai birliyinin dəstəyi ilə çap edilib. Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır. Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




İmza:

Teatr Festivalında - Kimdir müqəssir?

Bayram Bayramov doğum günüdür - 101 yaş

Heyranlarının sayını itirən “Şəki pitisi”

Kraliça Elizabetin bacısı Marqaret-içki düşkünü, yoxsa istedad...

Erməniləri, Mərkəzi Komitəni qəzəbləndirən xalq artistimiz - VİDEO

Əbülfəs Qarayev: Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir

Avropada Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şərəfinə hədiyyə pul nişanı buraxıldı

Kəlağayı: gözəlliyin özü, ismətin sinonimi...

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anılıb

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Əslən azərbaycanlı olan Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı

Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK