hacklink Adalet.az | Milli Məclis parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etdi - Yenilənib Adalet.az | Milli Məclis parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etdi - Yenilənib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Milli Məclis parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etdi - Yenilənib

10999    |   2019-12-02 13:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin xüsusi iclası keçirilir.

İclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.

İclasa spiker Oqtay Əsədov rəhbərlik edir.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyub.

Müraciətin mətnini təqdim edirik:

"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasının həyata keçirilməsi, daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.

Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək.

Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini də əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

***

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub. Layihəni parlamentin sədri müavini Bahar Muradova təqdim edib.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Layihənin lehinə 99 nəfər səs verib.



İmza:

Azərbaycan işğalçı Ermənistanı durmadan, günbəgün üstələyir - Sona Əliyeva

İranı “xilas etməyin” Jirinovski planı

ABŞ Konqresi 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verdi

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Sahil Babayev: Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir

Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”

Aqil Abbas seçicilərlə görüşlərə start verdi - FOTOLAR

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

AQİL ABBASIN ALTERNATİVLƏRİNƏ MÜRACİƏTİ

Rauf Arifoğlunun "dublikat"ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

Rusiyanın yeni Baş Naziri məlum oldu

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

Sahil Babayev: Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK