hacklink Adalet.az | Səhiyyə Nazirliyi xəbərdarlıq etdi: Hava təhlükəlidir Adalet.az | Səhiyyə Nazirliyi xəbərdarlıq etdi: Hava təhlükəlidir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Səhiyyə Nazirliyi xəbərdarlıq etdi: Hava təhlükəlidir

3595    |   2019-12-02 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İranın Səhiyyə Nazirliyi Tehran şəhərində bütün əhaliyə uzun müddətə və ağır fəaliyyətlər üçün mənzildən çıxmamaları haqda xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin Ətraf Mühit Sağlamlığı və Əmək Mərkəzinin hava təmizliyi və iqlim dəyişikliyi qrupunun sədri doktor Abbas Şahsevəni deyib.

A.Şahsevəninin sözlərinə görə, ürək-damar xəstələri, uşaqlar, yaşlılar və hamilə qadınlara mənzildən çıxmamaq məsləhət görülür.

Ötən sutka ərzində Tehran şəhərində havanın keyfiyyət indeksi ilə orta hesabla çirklilik 157 mikrondur.

Nazirlik rəsmisi bildirib ki, şəhər sakinləri açıq havada idmanla məşğul olmağı minimuma endirməli və ya qapalı məkanlarda idmanla məşğul olmalıdırlar. Mənzildən kənarda işləməyə məcbur olan şəxslər xüsusi maskalardan istifadə etməlidirlər.

A.Şahsevəni şəhər meriyasını hava çirkliliyin azaldılması istiqamətində dərhal addım atmasını istəyib.

Tehranda hava çirkliliyinin sabaha qədər davam edəcəyi proqnoz olunur.




İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK