hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş Adalet.az | Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş

1860    |   2019-12-02 10:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Fakta görə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sürücü Abiyev Tural Aydın oğlu saxlanılıb.

Xatırladaq ki, hadisə Şəmkir-Gədəbəy avtomagistralında baş verib.

"Mitsubishi Pajero" markalı avtomobilin "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.



İmza:
SON XƏBƏRLƏR
2020-01-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK