hacklink Adalet.az | AQİL ABBAS: CÜMŞÜD NURİYEV ÜÇÜN ÇOX AYIB Adalet.az | AQİL ABBAS: CÜMŞÜD NURİYEV ÜÇÜN ÇOX AYIB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: CÜMŞÜD NURİYEV ÜÇÜN ÇOX AYIB

10414    |   2019-11-29 09:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cümşüd müəllim Az.TV-dəki çıxışı zamanı müharibənin ilk illərində yaradılmış qadın batalyonunu aşağıladı, «əxlaqsızlar batalyonu» adlandırdı. Çox kişilər qaçıb gizlənəndə həmin qadınlar gecə-gündüz, qışın şaxtasında, yayın tülyanında səngər-səngər gəzir, əsgərlərimizə mənəvi güc verir, onların anası-bacısı olurdular, ərzaq, pal-paltar daşıyırdılar. Yeməklərini bişirirdilər, pal-paltarlarını yuyurdular.

Onlarla qadın əllərinə silah götürüb düşmənlə vuruşurdu, şəhid olurdu. Qaratel xanım kimi Milli Qəhrəman adına layiq görülürdü. Salatın Əsgərova kimi güllə qabağına gedirdi. Qarabağın Həcəri kimi atəşkəsə qədər əsgər paltarını əynindən çıxarmırdı.

Tibb bacıları birbaşa döyüş meydanında özlərini ölümə atıb yaralılara yardım edir, onları döyüş meydanından çıxarır, hətta lampa işığında əməliyyat aparır, yüzlərlə yaralını ölümdən xilas edirdilər.

Rada Abbasova Bakıda Eksperimental xəstəxanasındakı gül kimi işini buraxıb gedib Ağdamda tibb bacısı kimi döyüşürdü.

Nə qədər desəniz belə misal çəkə bilərəm.

İsti ev-eşiklərini, balalarını qoyub səngərlərə gedən xanımları «qadın batalyonu» adlandırıb təhqir edərək aşağılamaq ayıbdan da ayıb bir şeydir, adı yoxdur.

Təəssüf edirəm.

Azərbaycan qadınları döyüşdə heç vaxt ərlərini, oğullarını tək qoymayıblar. Sabah, ya birigün döyüşlər onsuz da yenidən başlayacaq və yenə də Azərbaycan xanımları səngərdə ərləri ilə, qardaşları ilə, oğulları ilə çiyin-çiyinə düşmənlə vuruşacaq.

Eşq olsun Azərbaycan xanımlarına!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK