ANA SƏHİFƏ / GÜNDƏM

Qarabağa turist kimi getmək... olar-olmaz?

15611    |   2019-11-25 16:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son bir həftədir erməni jurnalistlərin Azərbaycana, Azərbaycan jurnalistlərinin Ermənistana qarşılıqlı səfərləriictimaiyyətdə ən qızğın müzakirə edilən mövzulardandı. Adalet.az bildirir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı, Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilən səfər zamanı Bakıya gələnlər "Şant” TV-nin icmalçısı Artyom Yerekyan, "Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan, və separatçı rejimin "İTV”-nin əməkdaşı Edqar Elbakyandır. Azərbaycandan Ermənistana isə "Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. Təbii ki, belə səfərlər cəmiyyətdə birmənalı şəkilədə qarşılanmadı. Əməkdaşımız " Siz Qarabağa turist kimi getmək istərdinizmi?” sualı ilə əhali arasında sorğu apardı. Həmin sorğunu sizə təqdim edirik:


İlqar Atakişiyev: "Atam şəhid Mirzə Atakişiyev o torpaqlar uğrunda şəhid olub. Mən turist kimi onun qanı tökülən yerləri gəzsəm atamın və cəmi şəhidlərin ruhu məni bağışlayarmı? Mən necə ata baba qəbrinə, uşaqlıgım keçən el obaya turist kimi gedim ?Onda belə çıxır ki, işgalla barışmış oluram. Diversant kimi, tank belində və ya hansısa yollarla gizli getmək istərdim. Amma ürəyim şiddətlə o yerlər üçün çırpınır, lap burnumun ucu göynəyir. Ürək , vicdan agıla tabe deyil axı..."


Hacı Əhmədov: Oz torpaqlarimiza turist kimi getmək təklifi əslinde ən boyuk təhqirdir. Bu nəinki Qarabağin, işğali ilə barişmaqdir, eyni zamanda duşmənin istənilən təklifinə razılaşmaq, müti olmaq deməkdir.Eynilə məqlub tərəfin sulh istəməsi də gulunc ve təhqiredicidir.Mən getmərəm!


Asəf Musalı: "Rədd olsun Ermənilər və onların havadarları .. Azərbaycan Qarabaği qaytaracaq və ordumuzun qüdrəti o yerləri görməyi bizə bəxş edəcək. Mən buna əminəm! Bəlkədə illərdi məni yaşadan elə bu ümiddi!"


Elsəvər Həsənov: "Yurdumuzu məcburən tərk edərkən hələ orta məktəbdə təhsil alırdım. Yaşım müharibədə iştirak etməyə düşmürdü... Amma kəndimizdə elə ev yox idi ki , ordan əsgər çıxmasın, vətəni müdafiəyə qalxmasın. Yadımdadı, məndən 4-5 yaş böyük olan əmim oğlu Bakiri hərbi formada görəndə ürəyim dağa dönürdü. Onda elə tez böyümək istəyirdim ki...Hələ qohum-qonşulardan Muşviq Mirzəyevi , Məzahir Əbilovu, Kazim Alişovu hərbi geyimdə, çiynində avtomat görəndə "vaxtında” doğulmadığıma əməlli-başlı əsəbləşirdim. Adını çəkdiyim döyüşçulərin hamısı şəhid oldular , ölümləri ilə bizi yandırıb-yaxdılar... İsixan əmimin oğlu Bakir isə Hocaz ugrunda gedən döyuşlərdə şəhid oldu. Onun şəhidliyindən sonra sarsıntıdan bir müddət özümə gələ bilmədim.

Həmin vaxt and içdim ki, böyüyən kimi Bakirin qisasını alacağam. Mənim turist kimi səfər etmək haqqım qalırmı?Üzümü Ali Baş komandana tutub xahiş edirəm!Döyüş əmri verin! Səfərlərlik başladın! Qisasımızı qiyamətə qalmasın!! Axı biz güclü dövlətik, axı bizim qüdrətli ordumuz var! Belə bir güclə nəinki Xankəndini, bütün Ermənistanı ermənilərdən azad edə bilərik! Mən müharibə istəyirəm!"


Mais Məmmədov: "Turist qonaqdır. Öz Vətəninə turist kimi getmək alçaqlıqdır. Qarabağımıza əsgər kimi getmək arzusundayam!..."


Şahmar Şuşalı: "Öz Vətənimə turist kimi getmək şərəfsizliyi boynuma almaq deməkdir.Mən o torpağı qanım bahasına azad etməyi,bu yolda şərəflə ölməyi cənnətdən üstün bilirəm.Kim necə bilir özü bilər.Allah bizə kişi kimi ölməyi qismət eləsin."


P.S. Göyçə, Zəngəzur, İrəvan bizim qədim yurd yerlərimizdir!Biz o yerlərlərə erməni əsgərinin, erməni bayrağının müşayətiilə, turist kimi yox əsl qalib kimi getməliyik! O yurd yerləri bizi gözləyir! Və nəhayət Qarabağ da bizimdir!Ora getmək isə bizim boynumuzun borcudur!Bir sözlə, Ali Baş Komandan demiş,Qarabağ Azərbaycandır və NİDA!


Əntiqə Rəşid




İmza:

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Fəttah Səməd oğlu Heydərov

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi

Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM

DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq

Nicat NOVRUZOĞLU: Lüt ləkə

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı

Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq

Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir

Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi BMCMİ-də monitorinq keçirib

SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK