ANA SƏHİFƏ / MÜSAHİBƏ

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

29133    |   2019-11-18 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tahir Rzayevin Oxu.Az-a müsahibəsi:

- Tahir müəllim, rəsmi statistikaya görə, ilin əvvəlindən bu yana 10 minə yaxın ailə dağılıb. Ailə institutunun deqradasiyaya uğramasında daha çox sosial problemlər rol oynayır, yoxsa psixoloji amillər?

- Boşanmaların səbəbi kimi sosial amillər irəli çəkilə bilməz. Çünki bütün dövrlərdə insanların müəyyən çətinlikləri, ailə problemləri olub. Ailələrin dağılmasının əsas səbəblərindən biri sevginin, məhəbbətin olmamasıdır.

İnsanların bir-birini öyrənmədən evlənməsi, valideynlərin, ağsaqqalların bu sahədə zəifliyi ailələrin dağılmasına gətirib çıxarır. Ağsaqqallar, valideynlər gənclərə lazımi və dəyərli məsləhətlər vermirlər.

Təbii ki, biz psixoloji amilləri də kənara ata bilmərik. Lakin insanlar bir-birini başa düşəndə, bir-birini dəqiq öyrənəndə psixoloji amillərə az yer qalır.

- Bəs psixoloji amilləri yaradan faktorlar nədir?

- Psixoloji anlaşılmazlığı yaradan əsas səbəblərdən biri odur ki, ailə quranlar bir-birlərini yaxşı öyrənmirlər. Bu gün Azərbaycanda vəzifəyə, hansısa maddiyyata, karyeraya görə ailə quranlar çoxdur. Bunlar da nəticədə qurulan ailələrin dağılmasına gətirib çıxarır. İlin sonu olmamış 10 min ailənin dağılması bizi düşündürməlidir. Bu, çox ciddi problemdir. Azərbaycan ailəsi möhkəm olmasa, Azərbaycan cəmiyyəti də möhkəm ola bilməz. Çünki ailə cəmiyyətin təməlidir.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə təsisatlarının tənəzzülə uğramasında məsuliyyət dərəcəsi nə qədərdir?

- Bu komitə biz deputatların da iştirakı ilə bir çox əhəmiyyətli tədbirlər keçirir. Vaxtaşırı olaraq onlar televiziyada, mətbuatda çıxışlar edirlər. Maarifləndirici materiallar hazırlayırlar. Amma problemlərin səbəbini tək bir ailənin və komitənin üzərinə yıxmaq olmaz. Ailənin möhkəmliyi həm də cəmiyyətdən asılıdır.

Ailənin möhkəmlənməsində valideynlərin, ağsaqqalların rolu böyükdür. Gənclər ailə quranda ağsaqqallarla, valideynlərlə məsləhətləşsinlər, onların sözlərinə qulaq assınlar. Gəlin qayınananın, qayınatanın məsləhətlərinə qulaq asmalıdır.

Eləcə də, kürəkən qayınanasına və qayınatasına ehtiramla yanaşmalıdır. Mən bunları deyən kimi, bildirirlər ki, fikirlərim gənclərin hüquqlarını pozmağa yönəlib. Xeyr, belə deyil! Bir məsəl var, deyilir ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyüyün, ağsaqqalın sözü çox vacibdir.

- Sizcə, böyüklər həmişə düzgün məsləhət verir?

- Çox az halda ola bilər ki, ata, ana övladlarına yaxşı nəsihət verməsin. Birdən elə hallar olur ki, adam dəhşətə gəlir. Baxırsan, gənc ailədir, amma nə ağsaqqalın, nə də valideynlərin yerini bilir. Nə böyük tanıyır, nə də kiçik, sonra da deyir ki, mənim ailəm dağıldı.

Təəssüflər olsun ki, valideyn uşağını evləndirmək istəyəndə videoda, fotoda qızın şəklini göstərir, oğlan da bəyənirsə, onu evləndirirlər. Ya da oğlan küçədə bir qızı görür, xoşuna gəlir, iki gündən sonra nişanlanır. Ancaq öyrənmir ki, bu qız hansı xüsusiyyətlərə malikdir, ailəsi necədir. Ya da qız yaraşıqlı oğlanı görür, bənd olur, bir neçə aydan sonra da evlənir. Bundan bir neçə ay sonra da həmin ailə dağılır.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-01
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK