hacklink Adalet.az | İrandan piyada gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlandı Adalet.az | İrandan piyada gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

İrandan piyada gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlandı

10407    |   2019-11-16 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanı - düz bağırsağında iki ədəd bükümdə, qablaşmaları ilə birlikdə cəmi 119 qram narkotik vasitə - heroin, bir ədəd bükümdə ümumi çəkisi 23 qram olan psixotrop maddə - metamfetamin, daha bir bükümdə isə üzərində "M40" yazılan 98 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK