hacklink Adalet.az | Atatürkə odun atan Hüseyn Avni üzr istədi - Yılmaz Özdil yazır Adalet.az | Atatürkə odun atan Hüseyn Avni üzr istədi - Yılmaz Özdil yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Atatürkə odun atan Hüseyn Avni üzr istədi - Yılmaz Özdil yazır

2361    |   2019-11-13 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atatürk bu ölkəni parlament sistemilə idarə etdi.

Məclis binasının pəncərələrində şüşə yox idi, damında kirəmit yox idi, içi təmirsiz idi, elektrik yox idi.

Sədrin kürsüsünün arxasındakı divarda yarıq var idi, oradan soyuq gəlirdi. Ali Fuat paşanın səccadəsi o yarığın üstünə vurulmuşdu.

Bir məktəbdən oturacaqlar gətirilmişdi, soba qurulmuşdu, kafelərdən toplanan qaz lampaları tavandan asılmışdı.

Ankarada kirayə ev yox idi, onsuz da heç pul da yox idi. Millət vəkilləri müəllimlər yataqxanasında 25 adamlıq koğuş halında qalırdılar, yerdən sərilən döşəkləri bitişdirib yatırdılar, ədyala bənzər örtüklər sərib otluqlarda, ağacların altında belə yatanlar var idi.

Yemək ciddi problem idi. Adambaşına 55 qəpik yığıb yemək-içmək alırdılar. Dükanlara nisyə yazdırmırdılar. Pulları var idisə alırdılar, yox idisə almırdılar.

Məclis protokolları ərizə sənədlərinin arxa tərəfinə, hətta kağız torbalara yazılırdı.

Millət vəkillərinin çoxusu cəbhədə vuruşurdu, indiki kimi "bədəlli əsgər millət vəkili” yox idi!

Atatürk həmişə qapıdan girəndə sol tərəfdə Diyap ağanın yanında otururdu. Önündə həmişə bir dəftər, əlində qələm, kürsüdə danışılanlardan qeyd götürürdü.

Danışmaq üçün söz istəniləndə qələminin tərsiylə masaya üç dəfə vururdu.

Düşüncələr müxtəlif idi.

Biət yox idi.

Məclis Atatürkü sevənlərdən çox, sevməyənlərdən ibarət idi, fikir mübadiləsi daima qızğın gedirdi.

Davalar da olurdu.

Hətta bir gün… Rəsmi nikah üçün tibbi müayinə şərti müzakirə olunurdu. Gəlin və bəy namizədlərinin mütləq həkim nəzarətindən keşməsi təklif olunmuşdu. Müxalif qrup "qızlarımızı müayinədən keçirtmərik” deyə bağırırdı.

Atatürk tibbi müayinə təklifini dəstəkləmək üçün kürsüdə idi, çıxış edirdi.

İlk gündən bəri Atatürkə qarşı olan Ərzurum millət vəkili Hüseyn Avni özünü tuta bilmədi, sobanın önündə duran odunlardan birini götürüb kürsüyə tərəf var-gücü ilə tulladı.

Məhkəmə katibi olan Hamdinin üzünə dəydi, dişləri qırıldı, ürəyi getdi.

Atatürk soyuqqanlılığını itirmədi. Bu çirkin hücum heç olmayıb kimi davrandı, danışmağa dava etdi.

Hüseyn Avni utandı, Məclisdən üzr istədi, sonra da oturdu, susdu.

Zidd fikirlərə açıq idi.

Müxalif bir millət vəkili ona şikayət etdikləri vaxt "namus kriteriyası”nı izah edirdi.

"O məhbusun müxalifətinə qatlanın, çünki namuslu adamdır, deyək ki, onu çıxardınız, yerinə həm müxalif, həm də namussuz bir gəldi, nə edəcəksiniz?” deyə soruşurdu.

Məclisdə müxalifət olmasını xüsusilə istəyirdi.

"Məclis”i oyun olsun deyə qurduq? Fikir və qənaətlərini açıq desinlər deyə qurduq. Əlbəttə tənqid edəcəklər, tənqid də vəzifədir, niyə əsəbiləşirsiniz? Yoxsa özünüzdən əmin deyilsinizmi? İcraatınızda müdafiə edə bilməyəcəyiniz nöqtələrmi var?” deyə soruşurdu.

TBMM-də az qalmışdı öldürülə!

Aralarında millət vəkillərinin də olduğu sui-qəsd şəbəkəsi Laz İsmail və gürcü Yusuf adlı tətikçiləri İstanbuldan Ankaraya gətirmişdi, ciblərinə bol miqdarda pul qoyulmuş, Parabellum markalı tapançalar verilmişdi.

Tətikçilər qonaq dəvətilə Məclisə girib dinləyici sıralarında oturub izləyirmiş kimi görünürdülər, amma kəşfiyyat aparırdılar.

Silahlı basqın planı da hazırlamışdılar. Çankara Köşkünün ətrafında Atatürkün tez-tez gəldiyi Ankara Klubunun ətrafında tez-tez istifadə etdiyi ətrafları gözdən keçirtdilər. Basqından sonra gizlənəcəkləri fermanı belə bəlli etmişdilər.

Bu iki qəribə adamın Məclisə gəlməkləri, bəzi millət vəkilləri ilə pıçhapıçları, həmişə eyni millət vəkillərinin evinə girib çıxmaqları şübhə yaratdı və izlənmə başladıldı.

Sui-qəsd şəbəkəsi duyuq düşdü, yaxalanacaqlarını anladılar, planı ləğv etdilər. Tətikçilər tez-bazar İstanbula göndərildi.

(Eyni qrup 6 il sonra İzmirdə ortaya çıxdı. Atatürkün də içində olduğu idarə maşınına İzmir Kemeraltıda bombalı hücum planlaşdırdılar. Qarşı-qarşıya olan dükanlardan bomba atacaqlar, sonra yan küçədə gözləyən maşına minib Urla tərəfə qaçacaqlar, ordan da balıqçı qayığı ilə Sakız adasına. Yenə bacarmadılar.)

Amerikalı jurnlaist Clarence Streit "Public Ledger” qəzetinin müxbiri idi. Atatürklə reportajında eynən bu cümlələri yazdı:

"Digər dövlət başçılarında gördüyümüz parıltı və mərasimin heç biri Atatürkdə yox idi”.

Çox az insan məni bu qədər təsirləndirib.

İnsanların onun uörunda ölmək istəyəcəyi tipdı bir adam.

Səmimi bir demokrat.

Qərb ona diktator gözüylə baxdı, bu adamla qarşılaşmaq və onu Ankarada gündəlik həyatın içində görmək, diktator iddiasının axmaqlıqdan savayaı bir şey olmadığını fərq etmək üçün kifayətdirş

Məclisin qanunların bağlıdır.

Bütün gücünü demokratik təməllər üçün istifadə edir.

ABŞ prezidenti kimi qadağa haqlarına sahib deyil.

Necə diktator oldu Atatürk?

Ankara küçələrində təkbaşına gəzə bilirdi, xalqın arasında kiminləsə rastalaşanda danışırdı, zarafatlaşırdı.

Sakit bir özgvənə sahib, gücünün fərqində olan, amma lovğa deyildi.

Onunla görüşəndən sonra yurddaşlarının ona niyə bu qədər inandığını, etibar etdiyini anladım.

O dövrdə Ankaradan Vaşinqtona göndərilən Amerika kəşfiyyat bürosunun hesabatlarında TBMM-in tək blokdan ibarət olmadığı, üç qrupa ayrıldığı ifadə edilirdi.

Birinci qrup Atatürkə ürəkdən bağlı olan, onun kimi düşünənlər.

İkinci qrup padşahın maşası, səltənətin davamını istəyənlər idi.

Üçüncü qrup isə əslində demokratiya və padşahlıq arasında hər hansı bir seçimi olmayan, sadəcə maddi mənfəət düşkünləri idi.

1921…

İngilis höküməti adam göndərdi, Anadolu dirənişindən vaz keçməyi müqabilində Atatürkə istədiyi miqdarda pul və İtaliyada villa təklif etdi.

1923. Fevral ayı idi. Hələ cümhuriyyət elan edilməmişdi. Padşahçı millət vəkilləri TBMM sədrliyinə təklif verdi: "Məmləkətin idarəsindən uzqlaşması, kənara çəkilməsi mqabilində Atatürkə xüsusi bir saray təsis edilməsi və ayda 10 min lira maaş!

Məclisdəki padşahçı millət vəkillərinin iki il əvvəlki utanc verici təklifi İngilis hökümətinin iki il öncəki təklifiylə eyni idi.

"Lozan” görüşləri davam edərkən eyni millət vəkili qrupu "seçki qanunu” təklif etdi.

Bu təklifə görə doğulduğu şəhər ölkə sərhədləri kənarında qalanlar və qaçqın olaraq yerləşdirildiyi şəhərdə ard-arda 5 il qalmayanlar millət vəkili seçilməyəcəkdi.

Hər şey aydın idi.

"Selanik” artıq ölkə sərhədləri xaricində idi.

"Qurtuluş müharibəsi” boyunca cəbhədən cəbhəyə qaçdığı üçün şəhərdə arxa-arxaya 5 il qala bilməmişdi.

Atatürkün millət vəkili olmasını istəmirdilər.

Öz qurduğu TBMM-dən də çıxarmaq istəyirdilər.

Bu əxlaqsız təklif rədd edildi, amma ən başda Atatürk və bütün qüvvəçilər bilirdi ki, ingilis zzehniyyəti TBMM-də idi.

Atatürkün qardaşı yox idi.

Amma qardaşdan ötə bir dostu vardı.

Nuri Conker.

Uşaqlıq dostu, məhəllə, məktəb, silah dostu idi.

Can yoldaşı idi.

Nurisiz süfrəyə gəlməzdi.

Sadəcə Nurinin nazını çəkərdi. Sadəcə onun səsini yüksəltmək icazəsi vardı.

Onsuz da davudi idi, qışqıra-qışqıra danışırdı. Əsəbiləşəndə yumruğunu Masaya vura-vura danışırdı.

Atatürk harda, Nuri də orada idi.

Paşa ola bilərdi.

Nazir ola bilərdi.

Baş Nazir ola bilərdi

TBMM sədri ola bilərdi.

İstəmədi.

Təklif belə etmədi.

Dost qalmağı seçdi.

Atatürk bacısını millət vəkili edə bilərdi, etmədi.

Bacısı Makbule 1935-ci ildə ikinci dəfə evləndi, Ədirnə millət vəkili Mecdi Boysanla nikahı oldu.

Toy olmadı.

Nikah fotoları qəzetlərdə dərc olunmadı.

Mecdi Boysanın İstanbul Mecidiyeköydə fabriki var idi. Makbuləylə evlənəndən sonra sürətlə varlanmağa başladı.

Atatürkün qulağına bu barədə pis şeylər gəlib çatırdı.

Bir axşam yemək süfrəsində Maliyyə naziri Abdülhalik Rendanı yanında oturtdu, "nə eləyirsən elə, bizim qayına mane ol, mənim adımla iş gördüyü zənn edilə bilər. Onun belə bir niyyəti olmasa belə elə bilərlər” dedi.

Çox keçədi ki, fabriki bağladılar.

Mecdi Boysanın iflas olduğu eşidildi.

1939-cu ildə millət vəkilliyi sona çatdı.

Eyni ildə boşandılar.

Atatürk mənəvi uşaqlarını millət vəkili edə bilmədi.

"Siyasətə baş qoşmayacaqsınız” deyə vəzissət etmişdi.

Rəhmətə gedəndən sonra siyasi partiyalar mənəvi uşaqları üçün təklif dalında təklif verdilər, CHP daxil, hər dəfəsində "yox” cavabı aldılar.

Atatürk qohumlarını millət vəkili etmədi.

Ata tərəfindən qohumları, əmisinin uşaqları İstanbulda yaşayırdı, onlarla adamın içində xalası uşaqlarına baş çəkirdi, maraqlanırdı, nəyəsə ehtiyacları varsa Makbulenin vasitəsilə öyrənirdi. Heç birini millət vəkili etmədi.

Atatürkün qohumları Atatürkə yaraşan tərzdə həyat sürdülər. Nə mənfəət tələb etdilər, nə də şöhrə

Mustafa Kemal'in akrabaları, Mustafa Kemal'e yaraşır bir hayat sürdüler.

Son dərəcə mütəvazi, sırdan yurddaşlar olaraq yaşadılar.

Dördüncü, beşinci nəsilləri də bu gün belə davam edirlər.

"Ləyaqət aşiqiyəm” deyən Atatürk heç vaxt kimisə harasa "düzəltməzdi” . Heç vaxt kiməsə day-daylıq etməzdi.

Yaltaqlıqdan, riyakarlıqdan iyrənirdi. Həyatda ən pis şeyin riyakarlıq, ikiüzlülük olduğunu deyirdi.

Dürüst cavabları sevirdi.

"Biri-birimizə həmişə həqiqəti deyəcəyik, fəlakət gətirsə də, xoşbəxtlik gətirsə də, yaxşı, ya pis olsun, heç vaxt həqiqətdən ayrılmayacağıq” deyirdi.

"Həqiqətin gözlərinin içinə baxmaq lazımdır” deyirdi.

Təriflənilməkdən xoşu gəlmirdi, mövzunu o dəqiqə dəyişirdi.

Hırıldaya-hırıldaya tərifləyənləri ətrafından uzaqlaşdırırdı.

"Bunu yanıma buraxmayın, pis davranmayım” deyib xəbərdar edirdi.

1923-cü il...

Bəzi işbaz millət vəkilləri Vətənə xidmətlərinə görə ona pul mükafatı verməyə çalışdı. Hətta belə bir qanun təklifi belə hazırladılar, imza toplamağa başladılar.

Bundan xəbər tutan Atatürk bunun tərbiyəsizlik olduğunu dedi. Həmin o qanun təklifi olan sənədi yanına gətirtdi və şəxsən yırtıb atdı.

*

Yaltaqlığından bezdiyi adamlara aid kəskin bir bənzətməsi də vardı:

"Zibil qabını boşaltsanız da dibində həmişə nəsə bir şeylər qalır. Yaltaq adamlar bax həmin o zibil qabının dibində qalan şeylərdi”.

Atatürk mənfəətcil adamları da sevmirdi. Həm şəxsi həyatında, həm də TBMM-də özündən uzaq tuturdu.

"Mənə müxalif olanlara bir söz deyəmmərəm, bu onların şəxsi görüşləridi, bunda sərbəstdilər, hətta belə adamları təqdir belə edərəm. Lakin heç bir əsası olmadan, fikri olmadan məni sevən xalqa özünü mənimləymiş kimi göstərənlərin ikiüzlü siyasətlərinə dözə bilmərəm” deyirdi.

"Biri-birimizi tənqid etməkdə ancaq fayda var. Bundan heç vaxt zərər gəlməz. Fəqət bunun əksindən daha çox ziyan gələcəyi bütün təcrübələrdə görülüb” deyirdi.

Bəli...

Qazi Mustafa Kamal Atatürk bu ölkəni parlament sistemilə idarə etdi.

Həm də bax belə idarə etdi.


Dilimizə uyğunlaşdıran Eminquey


İmza:

YAZARIN ARXİVİ

2019-12-10 : Bizə yazırlar
2019-12-09 : QARABAĞI ALIRIQ!
2019-12-05 : BİZ HANSINDANIQ?
2019-12-04 : VAQİF İBRAHİM
2019-12-02 : O GÜN GƏLƏCƏK
2019-11-25 : Domokl qılıncı
2019-11-20 : GÜNÜN SİTATI
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK