nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ Adalet.az | Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

30580    |   2019-11-13 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə saytımızın facebook səhifəsində Mingəçevirdə yaşayan Səfərova Afayət adlı müəllimənin çarəsiz vəziyyəti ilə bağlı video yayınladıq. Videoda gənc müəllimə çətin durumu haqda danışır. Onun hekayəsi qısaca belədi:

Afayət xanım Mingəçevir şəhərində doğulub, böyüyüb. Biləsuvara gəlin gedib. 3 məktəbli qızı var. Ailədə dözülməz vəziyyətə görə boşanmağa məcbur olub. 3 uşaqla evini tərk edəcək qədər seçimsiz qalan qadın yaşamaq üçün kreditlə vaqon almaq qərarına gəlir. Biləsuvar Rayon İcra Hakimiyyətinə müraciət edir. Ona vaqonunu qoymağa yer ayırırlar ki, yaşasın. Bir müddət sonra keçmiş yoldaşının təhdid və təqibləri altında yaşamağın mümkünsüz olduğunu görüb təhsil naziri Ceyhun Bayramovun qəbuluna gedir. Xahiş edir ki, işlədiyi məktəbi Mingəçevirdə başqa bir məktəbə dəyişsinlər. Yeri dəyişdirilir və qadın uşaqlarını, vaqonunu da götürüb doğulduğu şəhərə köçür. Burada Mingəçevir Şəhəri İcra Hakimiyyəti vaqonu qoymağa yer ayırmır. Torpaq üçün sənəd lazım olduğunu bildirirlər. Afayət xanımı müxtəlif qurumlara sənəd dalınca yollayırlar. Getdiyi yerlərdə ona sənəd verən olmur. Müəllimə həm işə gedir, həm uşaqlara baxır, həm də o qurum, bu quruma gedib sənəd almaq üçün çabalayır. Afayət xanım ödənişlə bir sot torpaq alıb vaqonunu qoymaq istəyir. Bildirilir ki, bir sot torpaq satılmır. Torpaq satışı 4 sotdan başlayır. Afayət müəllimə əlacsız qalıb razılaşır. Fikirləşir ki, bəlkə insanlar kömək etsə, 4 sot torpağı ala bilər. Amma onu da vermirlər. İndi həmin müəllimə böyüdüb, oxutduğu 3 qızla kirayədə yaşayır. Həm kirəpulu, həm vaqonun krediti, həm ailənin yükü üzərindədi. Aldığı müəllimlik məvacibi isə bu yükü çəkməyə yetmir. Afayət müəllimə video çəkib dərdini danışıb məsul qurumların diqqətini çəkmək qərarına gəlir. Video yayımlanır. Sadə insanlar bacardıqları köməyi təklif edirlər. Mingəçevirə məsul olan şəxslərdən isə səs çıxmır.

Afayət xanım Qadinkimi.com-a müsahibə t verib.

Adalet.az müsahibəni təqdim edir:

- Vəziyyət nə yerdədi? Kömək olundumu sizə? Müraciətlərinizə cavab verilibmi?

- Xeyr, heç bir kömək olmayıb. İcra hakimi videomüraciətimdən sonra çağırıb dedi ki, daha müraciət hazırlama, kömək edəcəyik. Hələ xəbər yoxdu.

- Sizin konkret istəyiniz nədi?

- Mən 10 nömrəli məktəbə yaxın ərazilərdən birində 1 sot torpaq istəyirəm, başqa heç nə istəmirəm. İndi kirayədə qalıram. Öz vaqonum ola-ola kirayəyə sığınmışam. Çox çətinlik çəkirəm, kirəpulu verə bilmirəm. Başçı və adamları məni çağırıb gülərək deyir: "Eşitdik məktəbin içindən torpaq istəyirsən”? Dedim, məktəbin içi sinif otaqlarıdı. Mən məktəbə yaxın ərazilərdən torpaq istəyirəm. Bu günlərdə təcili teleqram da vurdum ki, fərdi qəbul etsin, qış gəldi. Etmədi. Mənim teleqrama verdiyim pul onun bir stəkan çayının pulu, mənimsə beş günümün çörək pulu idi. Nə bilim, nə edim, bilmirəm. Kimə deyim dərdimi? 3 uşaqla qalmışam ortada.

- Başqa harasa yazmısız?

- Bələdiyyə başçısına, prezidentə, heç bir nəticə yoxdu...

- Nə vaxt yazmısız?

- Martdan bəri, martda bura gəlmişəm, o gündən torpaqla bağlı qurumlara müraciət etməkdəyəm.

-Hardan gəlmisiz?

- Biləsuvardan. Mən ora gəlin getmişəm. Ailədə vəziyyət elə həddə çatdı ki, artıq dözüləsi deyildi. Məcbur olub boşandım. Özümə kreditlə vaqon aldım. Biləsuvar icra başçısına ərizə yazıb xahiş etdim ki, vaqonum üçün yer ayrılsın, balalarımı başıma yığıb yaşayım. Ayırdılar, sağolsunlar. Daha sonra keçmiş yoldaşım məni rahat buraxmadığı, təhdid etdiyi üçün Təhsil nazirinin qəbuluna getdim, xahiş etdim işimi doğulduğum Mingəçevirdə bir məktəbə dəyişsin. Təhsil idarəsi çağırdı, kömək etdilər, yerimi dəyişdilər. Köçdüm Mingəçevirə. Vaqonumu da özümlə gətirdim Mingəçevirə. Amma buranın İcra hakimiyyəti yer vermədi. Şəhərin girişində çöllükdə qaldı. Pəncərələri sındırılıb, şiferi uçurdulub.

- İşə gedirsiz?

- Bəli

- Məktəbdə heç bir problem yoxdu?

- Xeyr, hələ ki... Amma çox ehtiyat edirəm. Deyirlər qorxmursan?

- Kim deyir?

- Videoya baxanlar... Hamı deyir işdən çıxararlar, ya nə bilim, adına söz olar. Hamı soruşur ki, işdə rəhbərliklə problem var? Məktəbin direktoru mənə anadı, saatımı təmin edir, çalışır çətinliyim olmasın.

- İcra başçısı və bələdiyyə sədri sizə konkret nə deyir?

- İki-üç ay gözlə, əmlak icazə versə, qoyarıq, verməsə, nə qədər şikayət edirsən et. Mən onlara görə dayanmalı, qışı keçirməliyəm.

- Əmlak şöbəsindən torpaq icazəsi gözləyirlər?

- Bəli. Avtobazanın qapısının ağzında 4 sot ölçülüb. 1600 manat pul verməliyəm. Onlar desə ki, icazə verildi, pulu verib köçəcəm.

-Necə ödəyəcəksiz o qədər vəsaiti?

- Bilmirəm. Heç nəyə imkanım yoxdu, vaqonu qoyub balalarımı başıma alıb yaşamaq istəyirəm.İçində hər şəraitim var mətbəx, hamam, hər şey. Onu iki kran qaldırır, təkərsizdi. Başçı dedi mən kran verəcəm aparacaq, amma etmədi. Deyir torpağın sənədini göstər, sonra.Deyir get sənəd al. "Tazıya deyir qaç, tulaya deyir tut" məsəlidi, qısacası, aldadılıram. Yazılarıma mane oldu, məni çağırıb dedi dayandır paylaşımlarını da, ərizələrini də, yazma. 10 gün bizə möhlət ver. Artıq qış gəldi, heç nə etmir. Heç qəbul da etmir.

- Konkretləşdirək bir az, sizə 4 sot torpaq satacaqlarını deyirlər, siz də vaqonu ora qoyub yaşayacaqsız?

- Bəli. Ancaq alqı-satqı yolu ilə.Deyirlər 1 sot torpaq satılmır, ancaq 4 sot. O söhbət də havada qalıb.

-Uşaqlarınız neçədə oxuyur?

-Uşaqların böyüyü 6, ortancılı 4 kiçiyi 2-də oxuyur. Üçü də qızdı.Həm kredit ödəyirəm, həm kirəpulu verirəm. Çörək puluna çatdıra bilmirəm. Çarəsiz qalmışam.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK