ANA SƏHİFƏ / MƏMLƏKƏT

Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək

6042    |   2019-11-08 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar sabah Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə” qaçış marafonu keçiriləcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, milli parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

"Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı ilə keçirilən marafona Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri də qoşulacaq və 6 kilometr məsafə qət ediləcək.

Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq.




İmza:

Həftəsonu icazəsiz küçəyə çıxanlar nə qədər cərimələnəcək? - VİDEO

Nazirlik 150 obyektdə pozuntular aşkarladı - FOTO

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

"Azərsu": Neftçala və 7 kəndin içməli su təminatı üçün texnika ayrılıb

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ

5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Həftəsonu çalışanlar işə necə gedib-gələcəklər? - VİDEO

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - VİDEO

FHN xəbərdarlıq etdi: Sərt karantin günlərində çimərliklərdən istifadə qadağandır

İlham Əliyev: ABAD kimi brend artıq fəaliyyətdədir

Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK