hacklink Adalet.az | Ölkəyə bağırsağında narkotik keçirmək istədi Adalet.az | Ölkəyə bağırsağında narkotik keçirmək istədi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Ölkəyə bağırsağında narkotik keçirmək istədi

4253    |   2019-11-08 15:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında müayinə nəticəsində isə sözügedən şəxsin düz bağırsağında 3 ədəd büküm aşkar edilib.

Həmin bükümlərdən birində narkotik vasitə olan və üzərində "FM 40" yazılan 78 ədəd metadon həbi, digərlərində isə ümumi çəkisi 0,4 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,7 qram olan narkotik vasitə - həşiş aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.



İmza:

Əli Əhmədov : Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Deputat - Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq

Əli Əhmədov : YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək

"Taliban" polis məntəqəsinə hücum etdi - 10 ölü

Mikayıl Cabbarov - 2020-ci Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq

Əhalinin təbii artımı azalır

Dünya Bankının missiyası ilə bağlı müzakirələr aparılıb

Azərbaycan və Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensial varb

Nazir : Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır

Bakıda sənaye məhsulları və xidmətlərinin dəyəri 32 milyard manatdan çox olub

Prezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Nazirlər Kabinetinin Aparatında yeni təyinatlar olub

SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK