hacklink Adalet.az | VAXTA İZ SALANLARDAN - Seyfəddin Altaylı yazır Adalet.az | VAXTA İZ SALANLARDAN - Seyfəddin Altaylı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VAXTA İZ SALANLARDAN - Seyfəddin Altaylı yazır

4085    |   2019-11-08 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

TRT Türkiyәnin Sәsi Radiosunun Azәrbaycan Türkcәsi Verilişlәri Redaksiyasında işlәyәrkәn "Vaxta iz salanlar” adlı bir radio proqramı yaratmış vә bir il mәtnlәrini yazıb efirdә sәslәndirmişdim.

Rәhmәtә getdiyi gündәn bәri Vurğun Әyyub ilә bağlı bir yazı yazmaq istәyir, ancaq heç cürә özümü köklәyә bilmirdim. Sәbәbi dә onun ölümünә inanmaq istәmәmәyim vә fiziki dünyasının bizimlә vә İzzәddin Hәsәnoğlu demişkәn, bu "külxan” ilә vidalaşmasını heç cürә qәbul etmәmәyimdi. Atalar demişkәn, "sәn nә sayırsan say, gör bir fәlәk nә sayır” vә zalım fәlәk öz bildiyini etdi!

Ankәbut surәsinin 57-ci ayәsindә Ulu Tanrı belә buyurub: "Hәr canlı ölümü dadacaqdır, sonra bizә döndürülәcәksiniz!”

Ölüm Tanrı buyruğudursa, ondan kim boyun qaçıra bilәr? Mәrhum qardaşım Vurğun da qaçıraydı vә ya indiyә kimi torpaq olub gedәnlәr!… Bu iş növbә ilәdir, növbәsi çatan günah-savab yükünü arxasına çatıb üz tutub Tanrı mәkanına gedir, növbәmiz çatanda biz dә gedәcəyik.

Yaradılışla vә Tanrı ilә bağlı axtarışlar insan övladının dünyaya ayaq qoymasından bәri davam edib gedir, gәdәcәk. Bir çox din xadimi vә ya alim öncә nәyin yaradıldığı haqda fikir yürüdüb. Mәnә görә Qalübәlada әn öncә yaradılan şey zamandır. Tanrı ondan sonra bütün varlıqları yaradıb vә hәr birinin ömrünün vaxtını tәyin edib. Üstәlik, vaxt dediyimiz bu mücәrrәd varlıqdan dünyada güclü nә vardır ki!? Bilәn varsa mәnә desin, öyrәnmәk istәyirәm. Hәr bir şeyin axırına o çıxır. Çünki hәr bir başlanğıcın bir bitiş nöqtәsi vardır vә biz ona vaxt, yәni zaman deyirik. Әn möhkәm vә dağıdılmaz dediyimiz şeyi vaxt elә hala salır ki, gün gәlir onu tanımaq olmur.

İnsanın nәmәnә bir varlıq olduğu haqda hәr bir insan, ziyalı, filosof öz fikrini bildirib. Mәnә görә insanı digәr canlılardan ayıran әn önәmli özәllik onun "mәsuliyyәt” daşıma duyğusudur. Әgәr insan dediyimiz bu varlıq özünün nә olduğunun, nә üçün yaradıldığının mәsuliyyәtini daşıyırsa, varlıq olaraq insandır, ancaq daşımırsa, insana oxşayan bir mәxluqatdır.

Tanrı bizә bu fiziki bәdәnimizi ruhumuzun fәrqinә varaq, insan olmağımızı dәrk edәk vә onun boynumuza yüklәdiyi mәsuliyyәti yerinә yetirәk deyә veribdir. Biz dә insandan qeyri canlı varlıqlar kimi acanda yeyir, susayanda su içir vә nәslimizi davam etdirmәk üçün qarşı cinslә ailә qururuqsa vә insan olmağımızın mәnasını belә başa düşürüksә, bağışlayın, həmin şeyləri heyvan da yerinә yetirir! Bәs onda bizim heyvandan fәrqimiz hardadır!?

Tanrının şәrәflәndirәrәk dünyaya saldığı bir varlıq olduğunu başa düşmәk hәr bir insana qismәt olmur. İnsan olmağın mәnasını başa düşәnlәr yalnızca Tanrının gücünә boyun әyәn, vaxtın bizә görә әbәdi cizgisindә iz buraxanlardır. İnsan olmağın fәrqinә varan ulu babamız Bilgә Xaqan yüzillәr әvvәlindәn bizә insan olmağın mәnasını bu cür başa salıb:

"Hәr yanda taqәtsiz vә macalsız yeriyirdiniz. Tanrı lütf etdiyi vә mәnim dә taleyim olduğuna görә xaqan oldum. Yoxsul xalqı dәrlәyib bir yerә yığdım. Kasıb xalqı varlı, az xalqı çox etdim. Türk xalqı üçün gecә yatmadım, gündüz dincәlmәdim. Qardaşım Kül Tiginlә ölümünә çalışdım, cәhd etdim…”

Şanlı tariximizdәn bir sәhifәni daha burada qeyd etmәk istәyirәm. İstanbulu alan Fateh Sultan Mәhmәd 12 yaşında vali olur, atası Murad Xüdavәndigar bir il sonra taxtı ona tapşırıb bir növ tәqaüdә çıxmaq qәrarına gәlir. On üç yaşlı bir uşağın Osmanlı taxtına sultan olduğunu duyan xaçlılar Osmanlı torpaqlarına hücum çәkib işğala başlayırlar. Fateh dә (II Mәhmәd) atasına xәbәr yollayır ki, gәlib ordunun başına keçsin vә xaçlılara dәrsini versin. Sultan Murad isә oğlunun yolladığı bu xәbәrlәrә fikir vermir. 13 yaşlı Mәhmәd qәlәmi götürüb atasına bunları yazır:

"Ata, Osmanlı sultanı sən isən gəl ordunun başına keç! Yox, әgәr padşah mən isəm səni ordu komandiri təyin edirəm, gəl ordunun başına keç və xaçlılara dərsini ver!”. Vә Murad Xüdavәndigar ordunun başına mәcbur qalıb keçir, sәlibçilәrә zәrbә üstünә zәrbә endirir. II Sultan Mәhmәd tariximizdә bu sözlәriylә hәlә uşaqlıq çağında bir iz salmışdır.

Türk dövlәt gәlәnәyindә davamlılıq әsasdır. Oğuz xaqandan üzübәri bu gәlәnәk davam edir vә edәcәk. Türk dövlәtinin dövlәtçilik sarayına hәr kim bir kәrpic qoyursa, o unudulmayıb, unudulmayacaq.

Mәrhum Vurğun Әyyub ilә Azәrbaycanın milli müstәqillik hәrәkatı zamanı tanış oldum. Dәfәlәrlә görüşdük, oturub duz-çörәk kәsdik, söhbәtlәr etdik. Onunla son görüşümüz ötәn il Nizami Mәmmәdovun evindә oldu. Әli Şamil vә yoldaşı Әzizә xanım, Nizami bәyin bacısı Elmira xanım, mәn vә yoldaşım Fatma xanımı dәvәt etmişdilәr. Orda görüşüb doyunca söhbәt etdik. Dünyanın qeylü-qalı insanın başını elә qatır ki, günün, ayın, ilin dә nә cür gәlib sovuşduğunu bilә bilmirsәn. Vaxt bu minvalda gәlib keçdi vә bir dә onun bizlәrlә әbәdi olaraq vidalaşdığını eşitdim, o anda da içimdәn bir telin qırıldığını duydum.

Vurğun bәy, Azәrbaycanın milli müstәqillik yolunda vә maarifçilik tarixindә öz dәst-xәtti ilә vaxta silinmәz, әbәdi bir iz salıb getdi. Dünya durduqca onun Azәrbaycan dövlәtçiliyinin müstәqillik hәrәkatına vә maarifçiliyinә qazandırdığı bәhrә daim xatırlanacaq, gәlәcәk nәsillәrin ürәyindә hörmәtlә, mәhәbbәtlә yad edilәcәkdi.

Ölümsüzlüyü axtaranlar çox olub, ancaq onlar bilmәyiblәr ki, ölümsüzlük millәtin ürәyindә sevgi çәlәngi buraxıb getmәkdir. Vurğun Әyyub, yalnızca Azәrbaycanın deyil, Anadolu Türklüyünün dә ürәyindә lideriylә birlikdә nәhәng bir sevgi çәlәngi hörәrәk әbәdi alәmә köç etdi.

Mәkanı cәnnәt olsun!




İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK