ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

31558    |   2019-11-07 17:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən "Azercell Telekom” MMC ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. Azercell-in "Mobil Göz Klinikası” oktyabr ayı ərzində Bakı şəhəri, 2 N-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin Həzi Aslanov və Nəsimi filiallarının şagirdlərini müayinədən keçirib. Klinikanın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə təşkil edilən səfəri zamanı isəaztəminatlı ailələrdən olan uşaqlara və sağlamlıq imkanları məhdud körpələrə tibbi yardım göstərilib. Beləliklə, oktyabr ayı ərzində 100-ə yaxın uşaq klinikanın təşkil etdiyi müayinələrdən yararlanıb.

2011-ci il iyun ayının 1-də "Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə fəaliyyətə başlayan Azercell-in "Mobil Göz Klinikası” ən müasir tibbi avadanlıqla təchiz edilib. Valideynhimayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan klinikanın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün ne[email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

Telefonun parolunu arvada verəcəksinizsə...

“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər

Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb

Ermənilər "Google Maps"də Azərbaycana qarşı irimiqyaslı saxtalaşdırmalar edirlər

Azercell-in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

“Azercell” jurnalistləri Milli Mətbuatın 145 illiyi münasibətilə təbrik edir

Türkiyədə ilk yerli avtomobil istehsal edən zavodun inşasına başlanılıb

Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər

“Google” şirkəti Fələstini xəritəsindən sildi

Erməni hakerlər Day.az, Milli.az, Trend BİA və Azernews-a hücum ediblər

Matç zamanı robotların rəqsi azarkeşləri dəhşətə gətirdi - VİDEO

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!

SON XƏBƏRLƏR
2020-08-08
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK