hacklink Adalet.az | MÜSƏLMAN DA DEYİLLƏR Kİ, DEYƏM QƏZA ORUCU TUTMUŞDULAR Adalet.az | MÜSƏLMAN DA DEYİLLƏR Kİ, DEYƏM QƏZA ORUCU TUTMUŞDULAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

MÜSƏLMAN DA DEYİLLƏR Kİ, DEYƏM QƏZA ORUCU TUTMUŞDULAR

7197    |   2019-11-07 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öz komandalarımızın dərdini çəkə bilmirik, ümidimizi bağlayırıq qardaşlarımızın klublarına, son illər elə onlar da bizimkilər kimi oynayır.

«Qalatasaray» Madriddən bir «setka» top gətirdi.

«Real» Madrid bir neçə il bundan əvvəl də «Qalatasaray»a bir «setka» top bağışlamışdı. Onda da deyəsən 6 idi.

İmperatorluğunu çoxdan itirmiş, oyun zamanı həmişə futbolçularına çığırıb-bağıran, özündən müştəbeh Fateh Terim bu dəfə axıracan susub oturdu. Deyəsən uduzacaqlarını, özü də belə uduzacaqlarını əvvəlcədən bilirmiş.

Bir dəfə Fransanın keçmiş prezidenti Sarkozi milli komanda ilə bağlı jurnalistlərə demişdi ki, öz millilərinə azarkeşlik etmir. Səbəbini də belə açıqlamışdı ki, orda fransız oynayır ki! Həqiqətən həmin vaxtlarda milli komandada 8-9 nəfər qeyri-fransız oynayırdı. Və ironiya ilə də demişdi ki, oynayan afrikalılar, uduzan Fransa. İndi də az deyillər, nə isə bu fransızların problemidi.

Keçək öz problemimizə. «Qalatasaray»da da oynayanlar hamısı əcnəbilər, uduzan türklər və Türkiyə! Düzdür, axıra yaxın iki dənə türk tapıb saldı oyuna.

«Qalatasaray»lılar elə oynayırdı ki, elə bil üç gündü çörək yeməmişdilər. Müsəlman da deyillər ki, deyəm qəza orucu tutublar.

Avropanın bir çox məşhur komandalarında oynayan türklərin sayı «Qalatasaray»da oynayan türklərin sayından çoxdu.

O gün oxuyuram, tanınmış idman jurnalisti Ceyhun Rzayev yazır ki, bəzi məşqçilər oyunlardan əvvəl futbolçulara piti yedizdirirmişlər. Özünüz bilirsiniz də, piti yeyən kimi adamı yuxu basır.

Bəlkə də ola bilər ki, Fateh Terim səhər-səhər uşaqlara xaş yedizdiribmiş.




İmza:
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK