hacklink Adalet.az | Sözdə "erməni soyqırımı"nı tanıyan PADŞAH - Sinan Meydan yazır Adalet.az | Sözdə "erməni soyqırımı"nı tanıyan PADŞAH - Sinan Meydan yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sözdə "erməni soyqırımı"nı tanıyan PADŞAH - Sinan Meydan yazır

2873    |   2019-11-06 13:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sizə and içirəm ki, mən günahsızam! Son sözüm bu gün də budur, sabah da. Əcnəbi dövlətlərə xoş gəlmək üçün məni asırlar. Əgər buna ədalət deyirlərsə, batsın belə ədalət!”. (İcra başçısı Kamal bəy, 10 aprel 1919)

"Barış Pınarı” hərəkatı ərəfəsində tarama çəkilən türk-amerikan münasibətləri sonrasında keçən həftə ABD Milli Məclisi sözdə erməni soyqırımı layihəsini qəbul etdi.

İmperiyalizm "1915 erməni köçü”nü, 1919-dan bəri Türkiyəyə qarşı bir silah olaraq istifadə edir. Belə ki, ilk olaraq bundan tam 100 il əvvəl 1919-da o zamanın imperiyalist gücü İngiltərə İstanbulu işğal edər-etməz saray hökümətinə "köç”, "qırım”, köçə qarışanları da "qırım təqsirkarı” olaraq qəbul etmişdi. İngilislərə xoş gəlmək istəyən padşah Vəhdətdin isə erməni köçünə qarışanları "qırım suçlusu” olaraq qəbul etmiş və saray hökümətləri əliylə ingilislərə təslim etmişdi.

İngilislərə yarınmaq üçün

30 oktyabr 1918-ci il tarixli Mondros Atəşkəs Anlaşmasından sonra 13 noyabr 1918-də müttəviq dövlətlər İstanbulu rəsmən işğal etdilər.

Padşah Vəhdətdin ingilislərə yarınmaq üçün hərəkətə keçdi. Əvvəlcə siyasətən düşmən olduğu İttihatçılara savaş elan etdi. Beləcə ingilislərin güvənini qazanmağa çalışdı.

O, İstanbulun işğalından sadəcə 10 gün sonra 24 noyabr "The Daily Mail”in müxbiriö Price ilə söhbət etdi və o söhbətdə erməni köçündən danışdı:

- Əgər taxtda olsaydım bu kədərli hadisə yaşanmazdı. İngiltərədə əvvəldən indiyə kimi türklərə qarşı mövcud dostluq hissləri müharibə başlayan zaman həmin dəqiqə yox olmamışdı. Fəqət ermənilərin öldürülməsi, ingilislərin Türkiyəyə qarşı hisslərində dərin bir dəyişiklik yaratmışdır. Bu pisliklər qəlbimi yaralamışdır. Ədalət çox keçməz, yerini tapar. İngilis millətinə qüvvətli sevgimi və heyranlığımı, Krım müharibəsində ingilislərin müttəfiqi olan atam Sultan Əbdülməciddən miras aldım. İndi bu səbəbdən məmləkətim ilə Böyük Britaniya arasında kı dostluq münasibətlərini yeniləyib qüvvətləndirmək üçün əlimdən gələni edəcəyəm. (Gotthard Jaeschke, Kurtuluş Savaşı İle İlgili İngiliz Belgeleri, s. 3, 4)

Bəlli ki padşah Vəhdətdin öz ifadəsilə "İngiltərə ilə dostluq münasibətlərini inkişaf etdirmək üçün” ingilislərin ortaya atdıqları "erməni qırımı”nı qəbul etməkdə heç də tərəddüd etməyəcəkdi.

Vəhdətdin eyni müsahibədə Osmanlını müharibəyə sürükləyən və erməni köçünə qarışan İttihatçıların mütləq cəzalandırılacaqlarını da dedi. (Lütfi Simavi, Osmanlı Sarayının Son Günleri, s. 448-449)

Vəhdətdin 7 dekabr 1918-də Ayan Məclisi üzvü Azaryan Əfəndini qəbul edəndə "ermənilərə qarşı həyata keçirilən vəhşilikdən dolayı” kədərini ifadə etdi. (Tayyip Gökbilgin, Milli Mücadele Başlarken, 1, s. 15)

İstanbuldakı ingilis komissarı Amiral Artur Calthorpe 10 yanvar 1919-da İngiltərə Xarici işlər nazirliyinə göndərdiyi gizli bir teleqramda padşah Vəhdətdinin, sədrəzəm Damat Feriti Tom Hohlerin yanına göndərərək "ermənilərə qarşı pis davrananları cəzalandırmaq arzusunda olduğunu” və daha aktiv üzvlərdən ibarət bir kabinet qurmağı düşündüyünü yazdı. (Jaeschke, s. 4) Calthorpe teleqramında bunu da dedi:

"Padşah İngiltərə hökümətinin ingilis müharibə əsirlərinə vəhşicəsinə davrananlar ilə qırımdan məsuliyyət daşıyanların cəzalandırılmasını istədiyini bilir və İngiltərənin arzulayacağı hər adamə elə İngiltərəinin arzusuna görə tutub cəzalandırmağa hazırdır.

Ancaq geniş ölçüdə bir inqilaba gəlincə qiyam olacağından özünün bəlkədə devrilib öldürüləcəyindənqorxmaqdadır. (Bilal Şimşir, Malta Sürgünleri, s. 53)

Kamal bəyin edam qərarını təsdiqləyən padşah Vəhdətdin idi.

İnsan ovu: Sözdə qırım günahkarlarının tutulması.

İşğalçı ingilislər saray hökümətindən iki şey gözləyirdi.

1. İngilis müharibəsi əsirlərinə pis davrananların cəzalandırılması

2. Sözdə erməni qırımına qarışanların cəzalandırılması

24 noyabr 1918-də Tevfik paşa höküməti köç məsələsini araşdırmaq üçün

"Tahkikat-ı Fecayii Komissiyası” qurdu. Anadolu 7 bölgəyə ayrılıb bu bölgələrə köç istintaq heyətləri göndərilməsinə qərar verildi.

16 dekabr 1918-də köç təqsirkarlarını mühakimə etmək üçün bir Hərbi Məhkəmə quruldu.

7 yanvar 1919-da ingilis böyük komissarı Calthrope Tevfik Paşa hökümətini Xarici işlər naziri Mustafa Reşit Paşa ilə görüşdü. İngilis komissarı görüşdə "sürgün” əvəzinə "qırım” sözündən istifadə etdi. Mustafa Reşit Paşa Calthorpe-a "erməni qırımı mövzusunda bir ciddi rejim məhkəməsi qurulduğunu, təqsirkalrları mhüakiməyə başladığını, ədalətin yerini tapacağını” dedi. (Şimşir, s. 52)

Eyni gündə Boğazlıyan İcra başçısı Mehmet Kamal bəy erməni qırımı təqsirilə İstanbulda tutuldu, Bekirağa bölüyünə həbs edildi.

Padşah Vəhdətdin vaxt itirmədən ingilislərin istəyi formada köç təqsirinə qarışanların tutulmasını istədi. Bundan əlavə saray höküməti ingilislərin "black list” dedikləri "qara siyahı”lara görə həbslərə başladı. 1919-cu ilin yanvarında İstanbulda çoxlu yurdsevər "ingilis əsirlərə pis davranmaq” və "köç təqsirkarı” olaraq tutulub Bekirağa bölüyünə həbs edildi.

13 fevral 1919-cu ildə Tevfik Paşa höküməti Danimarka, Hollandiya, İsveç, İspaniya hökümətlərinə müraciət edərək köç komissiyasına üzv göndərmələrini istədi. Ancaq bu istəyi İngiltərə rədd etdi. Çünki İngiltərə köçün "qırım olmadığının” bilinməyini istəmirdi. Bu səbəblə mövzunun tərəfsiz vəkillərlə incələnməsini gözə ala bilmədi.

Padşah Vəhdətdin Tevfik Paşa hökümətinin ingilisləri məmnun etməkdə kifayət etmədiyini düşünərək daha ağır ingilisçi Damat Ferit hökümətini qurdu.

4 Mart 1919-da qurulan Damat Ferit höküməti 10 Mart 1919-da insane ovuna başladı. Hökümət ingilislərin hazırladığı qara siyahıdakı insanları tutdu. İngilislər 15 Mart - 7 aprel 1919 arasında Damat Ferit hökümətinə 61 adamdan ibarət bir "qara siyahı” verdi. Bu siyahıdakı adlar "erməni kırımından şübhəli idilər. Saxlanılanların sayı hər keçən gün daha da artdı. (Şimşir, s. 94-100).

Milli Şəhid: Boğazlıyan İcra başçısı Kamal Bəy

Kamal bəy köç ərəfəsində Yozqatda erməni qırımında günahkar bilinərək 7 Ocak 1919-da tutuldu. 5 fevral 1919-da Hərb Məhkəməsində mühakimə olunmağa başlandı. İki ay davam edən 18 məhkəmə görüşündən sonra iş başa çatdı. Kamal Bəy daha əvvəl mühakimə olunub bəraət aldığı günahdan kifayət qədər dəlil olmadan mühakimə olundu. Üzvləri arasında ermənilərin də olduğu məhkmədəki şahidlərin çoxu erməniydi. Məhkəmə Kamal bəyi yalançı şahidlərin yalançı ifadələrinə, bəzi dedi-qodulara istinad edib 8 aprel 1919-da edama məhkum etdi.

Kamal bəy edamından öncə vəsiyyətnaməsinin yeddinci maddəsində belə yazmışdı:

"Fərd ölər, millət isə yaşayar və inşallah türk milləti yaşayacaq…”

Padşah Vəhdətdin Kamal bəyin edamını təsdiqləmək üçün şeyxülislamdan fətva istədi. Bəlli ki Vəhdətdin verilən edam qərarını hüquqi deyil, siyasi bir qərar olduğunu bilir, bu qərarı təsdiqləyərkən vicdanı narahat olur, bu narahatlığı yüngülləşdirmək üçün şeyxülislamı da günahına ortaq etməyə çalışırdı. Şeyxülislam Mustafa Sabri Kamal bəyin edam fətvasını hazırlayıb padşaha göndərdi, ancaq padşah fətvanı bəyənməyib düzəltməyini istədi. Bu ərəfədə fərvanın gəlməyini gözləmədən 9 aprel 1919-da edam qərarnamısini imzaladı. Kamal bəy 10 aprel 1919-cu ildə Çərşənbə günü Bəyazid meydanında edam edildi. Dəfn mərasimi milli bir üsyana çevrilən Kamal bəy Kadıköy Kuşdilində dəfn edildi. Şeyxülislam fətvası isə edamdan bir gün sonra 11 apreldə verildi. (Taha Niyazi Karaca, Boğazlıyan Kaymakamı Kemal Bey Olayı, s. 243-283)

Kamal bəyin edam edilməmişdən qabaq sözləri hər şeyi izah edirdi:

"Sizə and içirəm ki, mən günahsızam! Son sözüm bu gün də budur, sabah da. Əcnəbi dövlətlərə xoş gəlmək üçün məni asırlar. Əgər buna ədalət deyirlərsə, batsın belə ədalət!”. (İcra başçısı Kamal bəy, 10 aprel 1919)

Bəli, Boğazlıyanın İcra başçısı Kamal Bəy haqlı idi. Vəhdətdin ingilislərə yarınmaq üçün erməni qırımında təqsirləndirilən Kamal bəyin edam qərarını təsdiqləmişdi.

TBMM 14 oktyabr 1922-də Kamal bəyi "milli şəhid” elan etdi. Ailəsinə təqaüd verdi.

Qətliam yalanı 1921-ci ildə çökdü

16 dekabr 1918-ci ildə qurulan Hərb məhkəməsinin bşaına 19 mart 1919-da "Nemrut Mustafa Paşa” və "kürd Mustafa Paşa” ləqəbləriylə tanınan Mustafa Nazım Paşa təyin olundu. Hərb məhkəməsi 11 may 1920-ci ildə Atatürk və silahdaşlarının qiyabi edamına qərar verdi. Yenə erməni köçü ilə günahlandırılan Urfa valisi Nüsrət bəyi də edama məhkum etdi. Nüsrət bəy 5 avqust 1920-ci ildə edam edildi.

Sait Halim Paşadan Ziya Gökalpa qədərə köhnə İttihatçılar bütünlükdə erməni köçündən günahkar bilinərək məhkum olunmaqları istənildi. Ancaq bütün şübhəlilər erməni qırımında günahkar olduqlarını rədd etdilər. Ortada şübhəliləri günahlandıracaq bir dəlil də yox idi.

17 may 1919-cu ildə məhkəməyə çıxarılan Ziya Gökalp belə dedi:

"Millətimizə şər atmayın. Türkiyədə erməni qırımı deyil, bir türk-erməni savaşı var. Bizi arxadan vurdular, biz də vurduk” (Şimşir, s. 109)

Bu ərəfədə ingilis siyasətini mat etmək istəyən Atatürk türklərə zülm etmiş ermənilərin də mühakimə olunmağını istədi. Mühakimələrdən nəticə ala bilməyən ingilislər Bekirağa bölüyündəki saxlanılanları Maltaya sürgün etdilər.

İngilislər Malta sürgünlərini sözdə erməni qırımı təqsirilə mühakimə etmək istədilər. Ancaq ingilis Baş Prokurorluğu İstanbuldakı ingilis komisarlığını hazırladığı təqsirləndirmə dosyelərinə önəm vermədi. Çünki o dosyelərin içi boş idi. İngilis Baş Prokurorluğu 8 fevral 1921-ci ildə İngiltərə Xarici işlər nazirliyinə bir yazı göndərdi. Maltada sürgündə olan 140 türkün sadəcə səkkizi haqqında iddianamə hazırlana biləcəyini dedi. Onlar da I Dünya müharibəsidə ingilis əsirlərə pis davranmaqda müahikəm oluna bilərdi.

İngilislər İstanbuldakı bütün arxivlər və sənədləri əllərinin altında olmasına baxmayaraq Maltaya sürgün olunmuşları erməni qırımında mühakimə etmək üşün heç bir dəlil tapmamışdılar. Bundan əlavə Amerikaya getdilər. Amerikan arxivlərində sənəd tapmağa çalışdılar. Vaşinqtondakı ingilis səfirliyi Londona göndərdiyi teleqramda belə deyirdi:

"Kədərlənərən ərz edim ki, amerikan sənədləri içində Maltada tapılan türklər əleyhinə dəlil olaraq istifadə olunacaq heç bir şey yoxdur”.

Lord Curzom 10 avqust 1920-ci ildə İstanbul Baş Komissarlığına göndərdiyi bir yazıda Maltaya sürgün olunanların mühakimə olunmayacığını dedi. İngilislrə ortada heç bir dəlil olmadığı üçün sürgün olunanları sərbəst buraxdılar. (Şimşir, 17-21)

Bilal Şimşirin "Malta sürgünləri” adlı kitabında dediyi kimi "erməni qətliyamı” iddiası hüquqi baxımdan 1921-ci ildə avqustda çökdü. (Şimşir, s. 21)

Xülasə, sözümün canı bu ki, yüz il əvvəl ingilis imperiyalizminin ortaya atdığı sözdə "erməni qırımı” iddiası – ingilis əməkdaşı padşah Vəhdətdin bu iddiaları qəbul etməyinə rəğmən 1921-ci ildə çökdü. Türk millətinin günahsız olduğu hələ o vaxtlarda sübut olundu.



Dilimizə uyğunlaşdıran Eminquey




İmza:

YAZARIN ARXİVİ

2019-11-20 : GÜNÜN SİTATI
2019-11-04 : TƏBRİK
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK