ANA SƏHİFƏ / GÜNDƏM

Şeyxin bu paylaşımı rezonans doğurdu - Foto

5001    |   2019-11-06 12:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin sosial şəbəkə hesabında 20 Yanvar şəhidlərinin dəfn mərasimindən fotonu "20 Yanvar hadisələrini unudanlar və unutduranlar azərbaycanlı deyil” sözləri ilə paylaşması böyük maraqla qarşılanıb.

20 Yanvarla bağlı Şeyxin bu paylaşımı məhz 4 noyabrda etməsi diqqət çəkib. Belə ki, hazırda ölkədə nə 20 Yanvarla bağlı tədbir və mərasim var, nə də o tarixi günün ildönümüdür. Buna görə də Şeyxin bu paylaşımla hazırda ciddi şəkildə müzakirə olunan mövzuya münasibət bildirdiyi hamıya aydındır.

Şeyxin bununla cəmiyyətə iki mesaj ötürdüyü bildirilir: 1) Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə sovet və rus dövlət xadimi Yevgini Primakovun 90 illik yubileyinə həsr olunan esse müsabiqəsi və bu müsabiqəyə Bakı Slavyan Universiteti tələbələrinin qatılaraq, mükafat almasına; 2) Primakovu cidd-cəhdlə müdafiəyə girişən və onun "Azərbaycana xoş münasibət bəslədiyi” haqda rəy yaratmağa çalışanlara reaksiya.

Başqa sözlə desək, 20 Yanvar hadisələrinin birbaşa içində olan və bu tarixi hadisələrə şahidlik edən Şeyx hər şeyi öz adıyla çağırmağın vacibliyini bir daha xatırladıb.

Şeyx bu paylaşımı ilə Y.Promakovla bağlı vaxtilə açıqladığı bir faktı da gündəmə gətirmiş oldu. A.Paşazadə müsahibələrinin birində qeyd etmişdi ki, həmin dövrdə SSRİ Ali Sovetinin sədri olan Yevgeni Primakov 1990-cı ilin 20 yanvar qırğınından öncə ona (Allahşükür Paşazadəyə) hakimiyyəti götürəcəyi təqdirdə sovet ordusunun şəhərə girməyəcəyini vəd edib. Lakin bunun provokasiya olduğunu bilən Allahşükür Paşazadə təklifi rədd edib. Primakova müdrikcəsinə cavab verən Şeyx deyib: "Mən Moskvada komsomol məktəbini yox, Buraxaradakı dini universiteti bitirmişəm”. Çünki Şeyx bilirdi ki, həmin dövrdə hakimiyyəti götürsəydi, sovet rəhbərliyi Azərbaycanda dindarların hakimiyyətə gəlməsini əsas götürərək silsilə qırğınlar törədəcəkdi.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar nəticəsində şəhid olmuş şəxslərin dəfn mərasimlərinin keçirilməsi birbaşa Allahşükür Paşazadənin rəhbərliyi altında baş vermişdi. Həmin vaxt böyük nüfuzunun olmasından istifadə edən Şeyx rəhbərliklə xalq arasında vasitəçi rolunu oynayırdı. Yanvarın 20-də baş vermiş qırğından cəmi 2 gün sonra sovet qoşunlarının gözü qarşısında yüzminlərlə insanın iştirakı ilə dəfn mərasiminin təşkil edilməsi sıradan bir hadisə deyildi.

Qeyd edək ki, Yevgeni Primakov həm də islama və müsəlmanlara xüsusi nifrəti (antipatiya yox, məhz nifrət) ilə seçilib. Bunu şərqşünas Primakovun 70-ci illərdə qələmə aldığı məqalələrdən görmək mümkündür. Hətta bəzi analitiklər Primakovun bu gün Qərbdə tüğyan edən islamofobiyanın əsasının qoyanlardan biri olduğu iddiasındadır.

Beləliklə, Azərbaycanın yaxın tarixinin birbaşa iştirakçısı və şahidi olan Şeyx mövqeyini ortaya qoydu və Y.Primakova həsr olunan esse müsabiqəsinə də, onu təmizə çıxarma cəhdlərinə də etirazını bildirdi. Bir daha bəyan edildi ki, 20 Yanvar qırğınının baiskarlarından biri Yevgeni Primakovdur.

Şeyxin bu açıq və sərt münasibətini təkrarlamağa ehtiyac var: Primakov əlbəttə ki, xidmət etdiyi dövlətin böyük dövlət xadimidir. Ancaq bunun Azərbaycana və azərbaycanlılara dəxli yoxdur. O, 20 Yanvar qətliamının baiskarlarından biri, islamafob və Azərbaycanın müstəqilliyinə qarşı ən sərt tədbirlərin təşkilatçısıdır.

Onu müdafiə edənlər 20 Yanvar hadisələrini "unudanlar” və ya "unutdurmağa” cəhd edənlərdir.

Onların kimliyini isə Şeyx dəqiq ifadə edib.




İmza:

Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir - VİDEO

DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Müdafiə Nazirliyi: Orduya qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

SƏN NİYƏ UTANIRSAN, QIZIM?

Müdafiə naziri təlimlərdə məruzələri dinləyib və qoşunlar start mövqelərinə çıxarılıb - VİDEO

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü

DTX Respublika Gününə həsr olumuş videokompozisiya hazırlayıb - VİDEO

Qəzada həlak olan hərbçilərdən biri mayor oğludur

Axxx, sizi ermənipərəstlər...

Deputatdan Azərbaycanın idman siyasəti ilə bağlı maraqlı paylaşım - VİDEO

Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA

Deputat köməkçilərinin maaşı açıqlandı

Nizami Cəfərov: “Onun bir rektor kimi ən böyük uğuru ondan ibarətdir ki...”

Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatdı

Firdovsi Umudov: “5-ci kolon”a xidmət edənlər barəmdə təxribata cəhd edirlər”

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

SON XƏBƏRLƏR
2020-05-27
2020-05-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK