hacklink Adalet.az | Etibar Əliyev: YOXSULLUĞUN MÜALİCƏSİ Adalet.az | Etibar Əliyev: YOXSULLUĞUN MÜALİCƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Etibar Əliyev: YOXSULLUĞUN MÜALİCƏSİ

3360    |   2019-11-06 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Banqladeş biznesmeni, "Gramen Bank”ın yaradıcısı və direktoru Məhəmməd Yunus "milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün” 2006-cı ildə sülh üzrə Nobel mükafatına layiq görülüb.

Nobel mükafatı iqtisadçılara adətən mürəkkəb riyazi və məntiqi tədqiqatlara görə verilir. Bu dəfə Nobel Komitəsi milyonçunun humanist davranışını nəzərə alaraq mükafatı ona verdi. O, yoxsul ölkəsi üçün yoxsulluğa qarşı "dərman” tapdı və tətbiq etdi. Varlı dövlətlər yardımlar və müxtəlif dotasiyalar vasitəsilə yoxsul ölkələrə kömək göstərməyə çalışırlar. Lakin bu, əbədi ola bilməz. Biz də şahidiyik: inkişaf etmiş ölkələr yoxsul ölkələrə bir neçə il ərzində kömək göstərir, amma yoxsulluq və münaqişə yenidən geri qayıdır.

Son illərin təcrübəsi göstərir ki, dünyanın əsasən 90 ölkəsində mikrokreditlər üçün milyardlarla dollar vəsait ayrılır (Britaniya Ensiklopediyası). Kreditlər suveren borclar kimi geri qaytarılmalıdır. İnsanlar buna həm də vərdiş ediblər. Heç bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə mülkiyyəti olmayan - nəsə girov qoymayan kasıba kredit vermirlər. Bizim ölkəmizdə də belədir. Məhəmməd Yunus ilk dəfə ən kasıb insanlara işə başlamaq üçün kiçik məbləğdə pullar verməyə başladı. Beləliklə, o, əvvəlcə Banqladeşdə, sonra isə digər ölkələrdə yoxsulluğun ağır daşını tərpətdi. Məhəmməd Yunus nəhəng bir mikrokredit dünyası yaratdı. Bu, həm də biznes fəaliyyətinin sosial cavabdehliyi və yeni maliyyə alətinin kəşfidir. Heç bir müqavilə imzalamadan kredit verilməsi və sonradan verilən vəsaitin 93,8 faizinin geri qaytarılması doğrudan da möcüzə idi. Onun bankı ipoteka kreditləri və faizsiz təhsil borcları da verir. Dünyasını dəyişənə isə borc bağışlanırdı.

Məhəmməd Yunus bu hərəkəti ilə qısa bir vaxtda ölkəsində yaşayış səviyyəsini 6,7 faiz qaldırdı. Onun Nobel nitqi də son dərəcə maraqlıdır: "Yoxsulluq - cırtdan ağaca bənzəyir. Sizin böyüməyiniz üçün kiçik bir əsas var. Amma siz kiçik boylu ağaclarsınız. Siz nəhəng bir ağac da ola bilərsiniz, ancaq bunu aydınlaşdırmaq çətindir. Yoxsulluq bax, belə bəladır”.

Biz kasıblara deyirdik: "Evinizdən başqa bir evə gedəndə özünüzlə nəsə götürün. Məsələn, xeyirxahlıq üçün nəsə götürmək istəmirsinizmi? Qolbağı, peçenye, şam götürmək olmazmı? Onda dərhal sizin seçiminiz yaranacaq. Ya siz xeyirxahlıq etməlisiniz, ya da nəsə satmalısınız. Ola bilər ki, bir evdə onu satasınız, başqa bir evə isə xeyirxahlıq göstərəsiniz”.

Bu ifadələr göstərir ki, Məhəmməd Yunus həm də fikir adamıdır, nəhəng müsəlmandır. Bütün ölkələr yoxsulluğa qarşı müxtəlif üsullar axtarır. Amma Məhəmməd Yunusun seçdiyi metod çox unikaldır. İnsanlar arasında etimad mühiti yaratmaq və onu vərdiş halına salmaq elə-belə iş deyil.
Bu nobelçinin bioqrafiyasını və yazdığı kitabı oxuyarkən təəccüblənməmək mümkün deyil. Onun istəklərinin həyata keçməsi üçün heç kim ona maneçilik törətməyib. Bizdə hər şeyi dövlət etməlidir. Buna artıq vərdiş olunub. Nobel Komitəsində onun timsalında "yoxsulluğun müalicəsi” termini işlədilib. Bu, olduqca maraqlı məsələdir. Yoxsulluq doğrudan da xəstəlikdir. Bunu insanlara öz dövlətləri yoluxdurur, sonra da müalicə etmir.

Banqladeş biznesmeninin metodu artıq Avropa və ABŞ-a da ayaq açıb. Əslində bu örnəyi daha çox kasıb ölkələr götürməlidir. Bizdə kasıb kreditdən qorxur. Bunu ona faizsiz verən də yoxdur. İnsanların kənd yerlərində işləməməsinin səbəbləri öyrənilmir. İşləmək istəməyən deyir ki, işləməyə qoymurlar.

Məhəmməd Yunusun kreditləri hesabına 135 milyonluq bir xalqın həyat səviyyəsində müsbətə doğru müəyyən dəyişikliklər yarandı. Bizim bankirlər isə hələ də tələbələrə belə güzəştli kredit vermirlər.


İmza:

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanını təbrik edib

Zakir Həsənov əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Şeyx Əbdül: "Televiziyaları bərbad günə qoyanların..."

Mehriban Əliyevadan Maksim Qalkinin yaradıcılıq axşamı ilə bağlı paylaşım - FOTO

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Məhkəmə ekspertləri də attestasiyadan keçəcək

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK