hacklink Adalet.az | Qalib Qadir: XXI əsrin kitabı Adalet.az | Qalib Qadir: XXI əsrin kitabı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Qalib Qadir: XXI əsrin kitabı

İradə Tuncay-60

13778    |   2019-11-06 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sarı odalar” çapdan çıxanda XXI əsrin 10, müəllifin isə 51 yaşı vardı. Bu kitabla tanış olanda mən ömrümün, necə deyərlər, "68-ci baharını” yaşayırdım. Bunun 61 ili ötən əsrin payına düşür. Yəni mən daha çox XX əsrə məxsus adam olsam da əslində oxucu kimi XXI əsrin kitabı ilə üz-üzə dayanmışdım. Mənim müəlliflə ilk qiyabi tanışlığım da bu kitabla başlamışdır. 408 səhifəlik həmin kitabla ilk dəfə 2017-ci ildə Sumqayıtın bukinist mağazasında rastlaşmışam. Bu kitaba qədər onun müəllifi haqda heç nə bilmirdim. Sevimli böyük şairimiz Məmməd Arazın qızı olduğunu da, yaşıdım, istedadlı həmkarım Aqil Abbasın xanımı olduğunu da və Beynəlxalq Kişilər günündən 10 gün qabaq, noyabrın 9-da dünyaya gəldiyini də mən həmin kitabdan oxuyub öyrəndim. Dədə Qorqudu, Müşviqi, Mirzə İbrahimovu, Koroğlunu, Məhsəti xanımı, xan qızı Natəvanı, M.F.Axundovu, H.B.Zərdabini, Üzeyir bəyi, İndira Qandini, Nigarı, Janna d`Arkı, Həcəri, Qara Qarayevi və yüzlərlə belə dəyərli insanları da özünü görmədən kitabından oxuyub tanımış və vurulmuşam. İradə Tuncayı da mənə onun "Sarı odaları” nişan verdi.

Mən 408 səhifəlik kitabı bir aya oxuyub qurtardım və o, həmişəlik yaddaşımda qalan kitablar siyahısına düşdü. O vaxtdan ötən iki il ərzində mən 5-6 dəfə bu kitabı vərəqləmiş, ürəyimdən tikan çıxardan sətirləri təkrar-təkrar oxumuşam. Hər səfər burda yeni-yeni fikir xəzinəsi aşkar edib bol-bol sevinmişəm və səhifələrin qırağında qısaca öz rəyimi qeyd etmişəm. Başqa sözlə desək, özümdən asılı olmadan kitabın ağ qalmış yerlərini də mən "zəbt etmişəm”. 408 səhifəlik kitabın, demək olar ki, hər küncündə oxucu kimi məni həyəcanlandıran və riqqətə gətirən cümlələrdən sonra "Əhsən!”, "Əla”, "Afərin, Tuncay xanım” sözünü yazmaqdan özümü saxlaya bilməmişəm. Kitabı qırmızı və göy qələmlə xətləmişəm. Bir sözlə, oxuduqca onu sanki sətir-sətir, cümlə-cümlə "yemişəm”, necə deyərlər, "gözümə təpmişəm!”. Lap sonda 21 dekabr 2017-ci ildə əsəri oxuyub qurtaran gün kitabın böyük hərflərlə "Sarı odalar” yazılmış birinci səhifəsində müəllifə müraciətlə bu cümlələri yazmışam: "Məndən 10 yaş balaca, lakin məndən 10 dəfə ağıllı bacım İradə Tuncay! Sənə eşq olsun! - deyirəm. Sənə əhsən! - deyirəm. Sənə Var ol! - deyirəm!

Qalib Qadir,

Sumqayıt ş. 

21.12.2017


İradə Tuncay publisistikası haqda qeydlərim


M.F.Axundovdan başlayan Azərbaycan publisistikasının bu gün, demokratiya, azadlıq və müstəqilliyə xidmət göstərən mütərəqqi davamçıları arasında qadın jurnalistlərin yeri o qədər də sıx deyil. Amma hələ tükənib tam yoxa çıxmayıb onlar. Onsuz da bizdə yaxşı nümunələr həmişə az olub, amma güclü olub. Öz dövründə Axundov da, Zərdabi də, Mirzə Cəlil də, Üzeyir bəy də tək olub. İstedadlı, bacarıqlı, qabiliyyətli yurdsevər, xalqsevər vətəndaşlarımızın qənimi, qatili çox olsa da Tanrı yaratdığını qoruyub saxlaya bilib. O, sanki bəndələrinə mesaj verib ki, Təklik Tanrıya yaraşır, bəndəyə yox!

Bu gün Azərbaycan publisistikasının demokratiya səngərində neçə nəfər fədakar var, açığını desək, mən bunların sayını bilmirəm, hərdən-birdən onların əlimə düşən yazılarını oxusam da, özlərini yaxından tanımıram. Çünki demokratların meydanı həmişə dar olub, yerləri-yurdları da darısqal. Onları bir yerə toplayan nəsə bir klub, cəmiyyət, bina, birlik, jurnal-qəzet redaksiyası və s. yox səviyyəsindədir. Hər kəs öz aləmində əzəmətli bir çinar ağacı kimi tənhadır. İnsan meşəsinin "meşəbəyilərionların toplaşıb bir çinar meşəsində birləşməsini istəmir. Ona görə bizim əzəmətliinarlar” ölənə qədər həmişə tək və tənha olublar. Öləndən sonra bilmişik qədrini, etiraf etmişik dəyərini, şəninə mədhiyyələr yazmışıq, amma bundan o tərəfə getməmişik. Gedə bilməmişik. Gözəgörünməz düşmən əli başımızdan vurub, ağzımızı yumub, gözümüzü bağlayıb və dalımızdan dəyiblər.

Bu kimi və digər "xırdasəbəblər ucbatından mən İradə Tuncayı, onun çox dəyərli "Sarı odalaradlı bu kitabı çapdan çıxandan düz yeddi il sonra tanımışam. Təqsirkarammı? Cəmi 500 nüsxə tirajla çap olunan kitab. Bakıda müəllifin dost-tanışına yetər. Bəlkə də heç çatmaz. Müəllif yalnız bu kitabı tapıb oxuya bilən məhdud sayda adamla "danışabilib, onların da televizorda, radioda, mətbuatda bu haqda çıxışına, yaxud yazılara rast gəlməmişəm. Oxucularla müəllifin görüşü keçirilməyib, ondan müsahibə alınmayıb, adını təltif və tərif salonlarında eşitməmişəm. Yazıq jurnalist! Onun əməyinə qarşı bu sükut nədən xəbər verir? Ədibin işi yazmaqdır. Yazıb, üstəlik pulunu verib çap etdirib, amma zəhmətinə qiymət qoyan, qonorar verən, mükafatlandıran olmayıbsa, onu suçlamaq olarmı? Bəs oxucu? Əgər kitabı tirajlayan, təbliğ edən, kitabxanalara, cəmiyyətə çatdıranlar olmayıbsa, oxucu neyləsin? İnternet əsrində cəmi 500 tirajla çap olunan bu kitab yeddi ildən sonra sumqayıtlı oxucuya çatıbdırsa, buna heyrətlənək, təəccüblənək, yoxsa "buna da çox şükürdeyək?

Xatırladım ki, müəllif müstəqilliyin yazarıdır, kitab da müasirlərinin həyat və düşüncələrindən bəhs edir, amma əsərə münasibət XIX əsrə məxsusdur. Belə ki, o vaxtlar da Azərbaycanda kitab oxuyan az olub, indi də azdır. Bunların səbəbləri müxtəlif olsa da nəticə birdi: Məlumatsızlıq, cahillik və gerizəkalılıq. Buna görə mən də xəcalət çəkirəm. Amma düşünəndə ki, heç olmasa, Sumqayıtda bukinist mağazası var, rayonlarda bu da yoxdur, mən heç olmasa, ayda bir dəfə də olsa kitab almaq üçün mağazalara, kitabxanalara üz tuturam, qonşularım, qohumlarım bunu da etmir. Buna bir qədər təsəlli tapıb sakitləşəkmi?

"Sarı odalarilkin olaraq məndə bu təəssüratı yaratmışdır. Ancaq əsəri oxuyub başa çatdırdıqdan sonra gördüm ki, əhvalım dəyişib, fikrən gümrahlaşmışam. Etiraf edim ki, Məzahir Əhmədoğlunun kitaba yazdığı "Ön söz” üçüncü səhifədən başlasa da, onu lap axırda, bir gün sonra oxumuşam. "Ön sözmüəllifinin rəyini məndə yaranan təəssüratla tutuşdurmaq xoşuma gəlir. Bilmək istərdim ki, əsərin ilk oxucusu olan şəxs müəllifin yaradıcılığına hansı prizmadan yanaşıb. Bu baxımdan Məzahir Əhmədoğlunun rəyi mənə çox xoş gəldi. O çox səmimi olaraq ikinci abzasda etiraf etməli olub ki, "Bütün ənənələri yüksək səviyyədə qoruyub inkişaf etdirən, publisistikanın ən cazibədar və şad edən sistemini (bəli, məhz sistemini) yaradan və quran İradə Tuncay yaradıcılığı haqqında danışmaq çox çətin söhbətdir. Hətta ağır söhbətdir... Ağıl, zəka və gerçəkliyin söhbətidir”.

Bu bir cümlə İradə Tuncay yaradıcılığına bələd olan məlumatlı oxucu üçün çox şey deyir. Doğrudan da İradə Tuncay publisistikası 150 ildən çox yaşı olan Azərbaycan publisistikasına məxsus "Bütün ənənələri çox yüksək səviyyədə qoruyub inkişaf etdirənintellektual publisistikadır. Əgər bu publisistikanın təməlini M.F.Axundov qoyubmuşsa, H.B.Zərdabi davam etdirmiş, Üzeyir bəy, M.Cəmil XX əsrdə onu qoruyub inkişaf etdirmişlərsə, XXI əsrdə yeni bir mərhələyə qaldıranlardan biri İradə Tuncay olmuşdur. O, Axundov, Zərdabi, M.Cəmil, Ömər Faiq, Üzeyir bəy ənənələrinin sadiq davamçısıdır. Bu, xalqa müstəqilliyə, azadlığa, ədalətə xidmət ənənəsidir. M.F.Axundov yazırdı: "Bizim bugünkü səylərimizin faydası xalqa aiddir... Bizim məqsədimiz azadlığın, ədalətin bayrağını yüksək tutmaqdır”. İradə Tuncay da bu ulu məqsədə sadiqdir, bu bayrağı yüksək tutanlardandır.

İradə Tuncayın yaradıcılığında demokratik realizm prinsiplərinə uyğun olaraq həyat həqiqətləri olduğu kimi, heç nəyi şişirtmədən və ya kiçiltmədən öz obyektiv əksini tapmaqdadır. Bu cəhət onun məmurlaşmış ziyalıların düşüncə tərzinə münasibətdə xüsusilə aydın üzə çıxır. 2003-cü ilin aprel ayında Hliyev Sumqayıt rəsmiləri ilə gözlənilməz gecə görüşündə demişdir: "İndi o qədər böhtançılar, o qədər böhtan sözlər deyənlər, hətta qəzetlərdə yazanlar yetişib ki,.. Artıq bu barədə Azərbaycanda qıtlığımız yoxdur”. İradə Tuncay hər gün həmin böhtançılarla fasiləsiz qələm mübarizəsindədir.

İradə Tuncayın publisistikası XXI əsrdə Azərbaycan publisistikasının önündə addımlayan intellektual məziyyətləri ilə fərqlənir. Müəllifin özünəməxsus intellektual səviyyəsi və mənəvi liderlik əzəməti yazılarına da işıq kimi hopub.

Azərbaycan publisistikasında İradə Tuncay üslubu artıq tam formalaşıb və qərarlaşıb. Bu üslubun səciyyəvi cəhətləri çoxdur. Mən onlardan yalnız adi oxucu gözü ilə sezilə bilən bir-iki cəhəti burda qeyd etmək istəyirəm. Bu, az Sözlə böyük və parlaq bir tablo yaratmaq, tariximizi və ictimai fikri əyaniləşdirən bir publisistikadır. Məsələn, "555” adlı yazıda bu abzasa diqqət yetirin: 1299-1922 - rəqəmlərə fikir verin, bir-birini təkrarlayır. Bu, Osmanlı imperiyasının quruluş və çöküş tarixinin rəqəmləridir. Rəqəmlərin mistik bağlantısını qoyaq bir tərəfə (amma, yəqin, burda da nəsə var), 623 illik dövrdə dövlətin başına 36 padşah keçdi. Bu hökmdarlar fərqli özəlliklərə sahib idilər. Çox qiymətli dövlət yönəticiləri, qüdrətli sərkərdələr də vardı, qadın, içki, ov düşkünü olanlar da. Ruhi xəstələr də, uşaqkən taxta çıxarılanlar da vardı. Bir həftə, bir ay, bəzən 46 il hakimlik eləyənlər də vardı. Yaxşı-pis, doğru-yanlış, bu, tarixdi. Qüdrətli bir dövləti bu gün asılı duruma gətirmiş tarix. Bəzən 500 il əvvəl verilmiş yanlış bir qərar bu gün topa dönüb məmləkətin tifaqını viran qoyur. Ancaq hər kəs ağıllı olsaydı, hər kəsdən doğru-dürüst addımlar görsəydik, bu gün cahanda kamalın qalibiyyətini bayram edərdik”.

Oxucu ilə səmimi təmas qurmaq bacarığı, onunla üzzə dayanıb dialoqa girmək, müzakirəyə qoşulmaq qabiliyyəti müəllifin qələmini fərqləndirən cəhətdir. Sanki o, ekran qarşısında dayanıb oxucunu ardınca səsləyir. O, əminliklə oxucuya bilmədiyi, fikir vermədiyi, yaxud unutduğu nəyisə çatdırmağı bacarır və hər yazısında özünü müasir oxucu qarşısında və tarix qarşısında hiss edir.

Mən onun 2008-ci ilin may ayında yazdığı həmin "555” adlı məqaləsinin oxuyub qurtardıqdan sonra səhifənin sonunda yazmışam: "Çox sağ ol, İradə xanım. Şəhər sənin isti və doğma düşüncələrinin fərqində olmasa da, müasirlərin, oxucuların və xüsusən qələm həmkarların bunun fərqindədir. Sən İstanbula olan sevgini bizə də aşılaya bilmisən. Bu yetər, məncə, bir yazı üçün bu sevgi duyğularını oyada bilməsi kifayətdir ki, onu yaddan çıxarmayasan. Noyabr, 2017-ci il”.

İradə Tuncay publisistikasında əkslikləri yanaşı qoymaq, ziddiyyətləri tutuşdurmaq, ağla qaranın paradoksal cəhətlərini oxucuya çatdırmaq bacarığı ilk baxışdan diqqəti cəlb edən xüsusiyyətlərdən biridir. Bu üslub hətta bəzən yazıların başlıqlarından başlayaraq bütün məqalə boyu davam edir. Fikri oxuculara müqayisələrlə təqdim edir, həqiqəti sanki tənqid olunan ünvanların "gözünə soxur”. "Yazıçılar ölkəsi, oxumayanlar məmləkəti”, "Ustadlar və bizlər”, "Publika və publisistika”, "İlin həqiqəti - yalan”, "Rəsmi səfər, qeyri-rəsmi şəxs, yaxud da ağ şəhərli qaralaradlı yazılar buna əyani sübutdur. İradə Tuncay publisistikasının hər sətrində müəllifin xarakteri tam aydınlığı ilə nəzərə çarpır. Bu xarakter də orijinallıqdan, özünəmənsubluqdan başqa bir şey deyildir. Böyük alman filosofu İ.Kant yazırdı ki, "Xarakter məhz düşüncə tərzinin orijinallığından ibarətdir”. İradə Tuncay da orijinal qadındır. O orijinal xarakter və orijinal qələm sahibidir. Belə qadınlara xalq arasında qısaca "kişi qızıdır!” deyirlər. "Sarı odalarkitabını oxuduqca mən özümdən asılı olmayaraq İradə Tuncayı başqaları ilə deyil, rəhmətlik atası, xalqımızın böyük söz, iradə, fikir sahibi Məmməd Arazla müqayisə edirəm. Gəldiyim nəticə qısaca bundan ibarətdir ki, Məmməd Araz poeziyada hansı yüksəklikdə durursa, onun jurnalist qızı İradə Tuncay publisistikada həmin zirvədə dayanır. Peşəkar oxucu kimi deyirəm ki, bu, gəlişigözəl söz deyil, mənim şəxsi qənaətim, şəxsi fikrimdir.

Hər kəsin dəyəri gördüyü işin dəyəri qədərdi. Hər kəsin əsəri və ya qeyri-məhsulu onun səviyyə və sənətkarlığının ən doğru-düzgün göstəricisi, reklamı və imicidir. İradə Tuncayın hər bir yazısı onu cəmiyyətə təqdim edən bir imicmeyker təşəbbüsüdür. "Sarı odalarkitabı isə onun daxili aləminin pasportudur, yəni sanki möhürlə təsdiqlənmiş dövlət sənədidir. Burda toplanmış 93 məqalədən üç-dördünü çıxmaq şərtilə onlardan hər biri kitabın adı ola bilərdi. Bunların hər biri bizik! Bizim xarakterimizdir, özümüzük. İradə Tuncay qələmi bizi özümüzə göstərən şəffaf güzgüdür. Sonda onu deməyi özümə bir daha borc bilirəm ki, Məzahir Əhmədoğlu ilə razılaşmaya bilmirəm: "İradə Tuncay yaradıcılığı haqqında danışmaq çox çətin söhbətdir. Hətta ağır söhbətdir... Ağıl, zəka və gerçəkliklərin söhbətidir!” Jurnalist həmkarımın rəyinə yalnız bunları əlavə etmək istəyirəm ki, həyat və hadisələrə öz yanaşma tərzi olan İradə Tuncayın publisistikası öz ətri, öz səsi, öz havası olan canlı publisistikadır. Onu oxuduqca adam daxilən dəyişir, dikəlir, gümrahlaşır və islahatçı demokrata çevrilir. Qulaqlarında gah Koroğlunun nərəsi, Mikayıl Mirzənin hayqırtısı, Üzeyir bəyin uvertürası, gah da "Yetim segah”, elegiya, qaçqın fəryadı, Dədə Qorqud nəsihəti... səslənir. İnanırsan ki, bu səsə gec-tez tədqiqatçı alimlər də qoşulacaq, müasirlərinin tam görə və duya bilmədiyi İradə Tuncayı layiqincə xalqına tanıdacaqlar. O gün çox da uzaqda deyil.

Bilirəm, İradə Tuncayı cəmiyyətə yazıları qədər heç kəs olduğu kimi dolğun, əhatəli və təbii olaraq təqdim edə bilməz. Onun "Blokada”, "Nağıl”, "Qış gününün romantikası” adlı bu üç yazısını oxumaq kifayətdir ki, özümüzü və müəllifi olduğu kimi görə bilək və tanıyaq. "Sarı odalarbütövlükdə hər cümləsi, hər sətri, hər abzası ilə müasir M.F.Axundov, müasir H.B.Zərdabi, müasir Mirzə Cəlil, Üzeyir bəy, Ömər Faiq... və özüdür. O da sələfləri kimi təkdir, amma güclüdür. O, tarixi çox sevir. İnanıram ki, Tarix də ona borclu qalmayacaq. Bir vaxt gələcək onun adı "müasiriolduğu sələfləri ilə bir yerdə çəkiləcək. Bu ümidlə onun doğum gününü təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, xoşbəxt günlər arzulayıram! Sonda xatırladım ki, 19 noyabr - Beynəlxalq Kişilər günüdür. İ.Tuncay bu günü qarşılamaq üçün 10 gün qabaq dünyaya gəlib. Bəşəriyyət bu günü ildə bir dəfə, payız ayının qışa doğru meylləndiyi bir vaxtda qeyd edir. İradə Tuncay isə qələmi ilə birlikdə ömrünün hər anını bu gününə həsr etmiş Böyük Kişinin yolunu davam etdirən Kişi qızıdır.


Qalib Qadir,

Sumqayıt ş.

04.11.2019




İmza:

Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

Sahib MƏMMƏDOV: Kirayə mənzillər necə verilir?

Bizə yazırlar

Birinci özünə qarşı dürüst ol! - Qızıl dərililərin 20 "Şərəf Qanunu"

"Eurohome”da baş vermiş yanğın zamanı vətəndaşların təhlükəsizliyi təmin edilib (FOTO)

Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək (FOTO)

Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib

Komitə sədri: "Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən..."

DSX aeroprtda 2 elektron qapı quraşdırıb - FOTO

Aqil ABBAS: «AĞAC ƏKMƏDƏ SABİRABAD NÜMUNƏSİ»

ETİBAR ƏLİYEV, BİZDƏ NEÇƏ NÖV PENDİR VAR?

ÖMRÜNÜZDƏ BİR AĞAC ƏKMİSİNİZMİ?

SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK