hacklink Adalet.az | KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib Adalet.az | KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

2541    |   2019-11-05 11:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası "MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirib.

Seminarda "MasterCard Worldwide” təşkilatının ekspertləri Mithat Perkoz və Murat Durmaz təmsil etdikləri şirkətin rəqəmsal ödənişlər və innovativ texnologiyalar sahəsində rolu, ödəniş kartları, rəqəmsal ödənişlərin üstünlükləri və rəqəmsal ödənişlərdə təhlükəsizlik, həmçinin rəqəmsal dünyada innovativ həllər, yeni təşəbbüslər haqqında təqdimatlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

İnteraktiv formada keçən seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25-ə yaxın media nümayəndəsi iştirak edib.

Seminarın sonunda KİV nümayəndələrinə sertifikatlar verilib və xatirə şəkli çəkilib.

Qeyd edək ki, seminar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə təşkil olunan "Nağdsız Cəmiyyət Günləri” çərçivəsində keçirilib. "Nağdsız Cəmiyyət Günləri”nin məqsədi nağdsız ödənişlər barədə ictimai məlumatlılığın artırılması və insanların nağdsız ödənişlərə marağının genişləndirilməsindən ibarətdir.




İmza:

“Mastercard”la bir toxunuşla ödəniş edin!

"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir

“Azercell” Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

“Mastercard”ın rəsmi tərəfdaşı olduğu IV Bankçılıq Forumu keçirildi

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

“Bakcell”dən tamamilə yeni İnternet paketləri

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK