ANA SƏHİFƏ / HÜQUQ

“Məhkəmə - hüquq sistemi”ndə islahatların dərinləşməsi

57040    |   2019-11-05 09:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bildiyimiz kimi, Azərbaycan Dövlət müstəqilliyini bərpa etdiyi tarixdən bu günə kimi bir çox sahələrdə olduğu kimi, "məhkəmə - hüquq sistemi” sahəsində də inkişaf və yüksək dinamikanın artırılması üçün hələ Ümummilli lider Heydər Əliyevin dövründə onun rəhbərliyi ilə əsaslı islahatların keçirilməsinə dair bir çox tədbirlər və layihələr həyata keçirilmişdir. Bu təsadüfi deyildir. Çünki demokratik inkişaf yolunu tutmuş ölkəmizdə Sovetlər Birliyindən miras qalmış hüquq sistemi ilə insan haqlarının müdafiəsinə yönələn mütərəqqi islahatlar həyata keçirmək mümkün olmazdı.

Bütün dövrlərdə dövlətimiz tərəfindən " məhkəmə-hüquq sistemi”nə xüsusi diqqət göstərilmiş, əsaslı islahatlar üçün ölkə başçısı tərəfindən müvafiq fərmanlar imzalanmışdır.

Belə ki, 2006-cı ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı müvafiq fərman insan haqlarının müdafiəsini və ədalət mühakiməsini həyata keçirən məhkəmə orqanlarının təkmilləşməsinə, yeni məhkəmələrin yaradılmasına, təcrübəli hakimlərin formalaşmasına, vətəndaşlar tərəfindən məhkəməyə müraciət vasitələrinin asanlaşması, müasirləşməsi və s. bu kimi məsələlərə böyük təkamül olmuşdur.

Ölkə başçısının xüsusi diqqəti və göstərişləri nəticəsində ölkəmizin məhkəmə -hüquq sistemi demokratik prinsiplər əsasında yenidən qurulmuş və müasir məhkəmə sistemi yaradılmışdır.

Bütün bunlara baxmayaraq, məhkəmə - hüquq sistemində inkişafın yüksəlməsi, islahatların daha da dərinləşməsi, məhkəməyə müraciətlərin və məhkəmə proseslərinin elektron qaydada aparılması prosesinin daha da müasirləşməsi, məhkəmə və məhkəmədən kənarda şəffaflığın artırılması, vəkillər tərəfindən qeyri-prosessual məsələlərin aradan qaldırılması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi və təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədi ilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətin gücləndirilməsi, "Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqini daha da gücləndirilməsi üçün "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 aprel 2019-cu il tarixli Fərman imzalamışdır.

Sözügedən Fərman ölkəmizdə "məhkəmə-hüquq sisteminin” daha da təkmilləşməsi, şəffaflığın artırılması, ədalət mühakiməsini aparan məhkəmələr və digər prosessual şəxslər tərəfindən qeyri prosessual münasibətlərə qadağa yaratmasına və bir çox müsbət hallara təkamül verdi. Ölkə başçısının ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar kimi "məhkəmə-hüquq sisteminə” də göstərdiyi xüsusi diqqət və ciddiyyətin sübutu kimi sözügedən Fərmanı imzalamış və müvafiq səlahiyyətli şəxslər qarşısında tələblər qoymuşdur.

Sözügedən Fərman və ölkə başçısının göstərişlərinin icrası yalnız məhkəmə sisteminin işçilərinə deyil, həmçinin məhkəmələrdə hüquqların təmsili və müdafiəsi ilə məşğul olan biz vəkillərin üzərinə məsuliyyətli bir vəzifədir. "Məhkəmə-hüquq sistemində” işləyən hər bir hüquqşünas ölkə başçısının 03 aprel 2019-cu il tarixli Fərmanın tələblərini icra etməyi özünə borc bilməli və "məhkəmə-hüquq sistemində” yuxarıda qeyd etdiyim məsələlərin zəruriliyini təmin etməlidir. 

 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 
vəkil Quliyeva Nurlana Nazim qızı



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Azərbaycan Prokurorluğunun kollektivi Ələddin Sultanovun vəfatı ilə bağlı başsağlığı verib

Konstitusiya Məhkəməsinin sabiq hakimi vəfat edib

Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir

Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edild

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib - Bakı şəhər prokurorluğu

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

Elmar Vəliyevə sui-qəsd edənlərin məhkəməsi təxirə salındı

Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq

Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK