ANA SƏHİFƏ / HADİSƏ

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - FOTO

2531    |   2019-11-05 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 3-də saat 07:30 radələrində Astara şə­həri ya­xınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisin­də İran İs­lam Respublikasından Azərbaycan Respublikası istiqa­mə­tin­də döv­lət sərhədini pozaraq ölkə ərazi­sinə nar­ko­tik mad­də gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xid­mət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

Bu barədə Adalet.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sər­həd­çi­lə­rin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi za­manı o, əlindəki çantanı ataraq relyefin mürək­kəbliyindən is­tifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qa­nunsuz yolla Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda nar­ko­tik va­sitə olan 12 kq 730 qram"Kakos”, 7945 ədəd "Metadon 40” psixotrop maddə və bir ədəd so­yuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




İmza:

Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü - VİDEO

Gəncədə avtoxuliqanlıq baha başa gəldi: Sürücülük vəsiqəsi alındı, həbs edildi - VİDEO

Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı

Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

İranın cənub-qərbində zəlzələ olub

Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu - YENİLƏNİB

Avtobus sürücüləri əvvəlcə yarışdılar, sonra dalaşdılar - VİDEO

Dağıstanda meşədə quldurlarla güc strukturları arasında atışma

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb

Oğuzda itkin düşmüş 12 yaşlı oğlanı heyvanlar parçalayıb - YENİLƏNİB

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK