hacklink Adalet.az | Eldar İsmayılov: Kişilər olub e Adalet.az | Eldar İsmayılov: Kişilər olub e Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Eldar İsmayılov: Kişilər olub e

3494    |   2019-11-04 14:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən böyük şəxsiyyətlər Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rzayevlə bir yerdə çox olmuşam. Necə deyərlər, kişilərlə bir ton duz-çörək kəsmişik. Onlardan azı 20 yaş cavan olsam da, məni çox istəyirdilər, özlərinə tay-tuş kimi qəbul edirdilər. Qarşılıqlı zarafatlarımız da çox olardı.

Xudu müəllim boyca kiçik, ağılca çox böyük insan idi. Az deyər, düz deyərdi. Sözləri də birbaşa hədəfə dəyərdi. Hamı danışandan sonra yavaşdan bir cümlə deyərdi və söhbətə nöqtə qoyardı. Sirr idi Xudu müəllim. Ona ilk dəfə "Sirri Xuda" demişdim. Bu da dostların canına yağ kimi yayılmışdı.
Bir dəfə Xudu müəllim, Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Şahmar Əkbərzadə, Zeynal Məmmədov və mən bir yerdə çay içirdik. Şahmar dedi:

-- Bu Eldar bir söz birləşməsi ilə Xudu müəllimi tam səciyyələndirə bilib. "Sirri Xuda" - Allahın sirri. Bəs Bəxtiyar müəllimə, Nurəddin Rzayevə zarafatla necə müraciət etsək yaxşıdır?

Dedim:

-- Hamıdan fərqli olaraq Bəxtiyar müəllim kepka qoyur. Bu kepkada da şairdən çox Mirmehdiyə oxşayır. Mirmehdi adı elə-belə, "ikimərtəbəli" bir Bakılı adı kimi ağlıma gəldi. Bəxtiyar müəllim də gülümsündü.

Hər kəs güldü və kepka məsələsinə görə müxtəlif fikirlər söyləndi.

-- Nurəddin müəllim isə yaşda hamıdan böyükdür. Məncə, ona "dədə" desək daha münasib olar.
Bu söhbətdən sonra aramızda Xudu müəllimə "Sirri Xuda", Bəxtiyar müəllimə "Mirmehdi", Nurəddin müəllimə isə "Dədə" deyirdik.

Şəkildə soldan sağa: Xudu Məmmədov, Yaşar Əliyev, Bəxtiyar Vahabzadə, Nurəddin Rza və başqaları. Digər 3 şəxsi tanımadığımızdan adların qeyd edə bilmədik.



***

İkinci şəkilə də diqqət yetirin

Dövrün bütün millət sevdalıları var. "Əsrə bərabər gün" kitabını və ya ən azı həmin əsərdə işlədilən manqurt ifadəsini eşitmisiniz. Bax həmin o kitabın müəllifi qırğız əsilli Çingiz Aytmatov, Xudu Məmmədov, Nurəddin Rzayev hamısı bir yerdədi. Çox sirlər var türk dünyasının mədəni intibahı ilə bağlı və onlar rus işğalçılığına qarşı inanılmaz dirəniş göstərən şəxsiyyətlər idi. İnanın biz Xudu Məmmədov nəhəngliyinin nə qədər böyük olduğunu hələ sonuna qədər dərk etmirik. Ona görə çalışırıq ki, bu şəxsiyyəti tanımayanlara tanıdaq. Gənc nəsli uçurumdan xilas etməyin ən yaxşı yolu onu bilgiləndirməkdir. Bilgilənmək isə həm milli, həmdə sağlam şəxsiyyətlə olur. Xudu Məmmədovu gənc nəslə tanıtmaqda sizdə vəsilə olun paylaşın. Qoy gəncliyimiz əsl millətsevərliyinin pillələrini elmdə olduğunu bilib öyrənsin.




İmza:
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK