hacklink Adalet.az | Nazir: Azərbaycan Somalidə ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır Adalet.az | Nazir: Azərbaycan Somalidə ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nazir: Azərbaycan Somalidə ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır

3186    |   2019-11-04 11:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında bildirib.

E.Məmmədyarov deyib: "Somalidə humanitar vəziyyətin pisləşməkdə davam etməsindən ciddi narahatıq. İqlim dəyişikliyi Somalidə tez-tez quraqlığa səbəb olur, insanları demək olar ki, hər iki ildən bir evlərini tərk etməyə məcbur edir. Azərbaycan müvafiq hökumətlərin və beynəlxalq təşkilatların, Afrikanın Buynuzundakı, o cümlədən bölgənin ən çox zərər çəkmiş ölkəsi olan Somalidəki humanitar böhranın aradan qaldırılmasına yönəlmiş müraciətlərinə cavab verib. 2012-ci ildə Azərbaycanın paytaxtında yerləşən İKT ilə əlaqəli bir qurum olan İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzi Azərbaycan hökumətinin dəstəyi ilə Somalidəki quraqlıq qurbanlarının 1 aylıq ərzaq təhlükəsizliyinin təmin olunması ilə nəticələnən xeyriyyə aksiyasını təşkil edib. Azərbaycanın ADA Universiteti dövlət quruculuğunun möhkəmləndirilməsi üçün vacib olan sahələrdə gənc Somali mütəxəssisləri üçün tam əhatə olunmuş təhsil təqaüdü verir. Beynəlxalq ictimaiyyətin Somaliyə dəstəyini davam etdirməsi vacibdir. Eyni zamanda, bütün tərəflər maneəsiz humanitar girişə icazə verməli və yerli əhalinin və onlara kömək edənlərin təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinməlidirlər. Somalidəki qaçqın və məcburi köçkünlər üçün uzunmüddətli həll yollarının tapılması səylərinin artırılmasına ehtiyac var".



İmza:

Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır

Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb

Kəramət Böyükçöl: "Mən Qarabağa görə vuruşmaram!" - MÜSAHİBƏ

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

Elşən Musayev: "Mühacir sənədinin topdan qiyməti neçəyədir?" - VİDEO

Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Səfir Ukraynada nəsimişünas şairi ziyarət edib

QMİ sədri : Erməni dini liderləri razılaşmalara əməl etmir

Prezident iki quruma pul ayırdı

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK