hacklink Adalet.az | Deputat: "Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı..." Adalet.az | Deputat: "Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Deputat: "Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı..."

7997    |   2019-11-04 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Milli Şura” adlanan qurumun rəhbəri Cəmil Həsənli nə qədər vicdanını, nə qədər şərəfini, insanlığını itirib ki, gedib ABŞ-da öz dövlətinə, öz xalqına, öz iqtisadiyyatına qarşı ayrı-ayrı dövlətlərdən sanksiya tətbiq edilməsini tələb edir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı” ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıtdı və bununla bağlı Azərbaycan tərəfi də dövlət səvviyyəsində öz mövqeyini bildirdi:

"Ancaq çox təəssüf ki, belə bir ümummilli məsələ olduğu halda, bütün türkdilli dövlətlərin, qardaş Türkiyənin yanında olmaq əvəzində Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirir. Onun görüşdükləri adamlar arasında isə erməni və ermənipərəstlər var idi. Cəmil Həsənli hansı başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?! Həqiqətən də öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən heç bir şəxs bunu etməzdi.

Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan dövləti, Azərbaycan xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?".

C.Osmanovun sözlərinə görə, Cəmil Həsənli bir daha göstərdi ki, bu insanlar Azərbaycanı sevmirlər, Azərbaycan xalqı, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları düşündürmür:

"Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirilər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər.

Təbii ki, Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən baykot olunur. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir".



İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK