hacklink Adalet.az | Əbülfət Mədətoğlu: MƏNİM BÜTÖVLÜK ANLAYIŞIM... Adalet.az | Əbülfət Mədətoğlu: MƏNİM BÜTÖVLÜK ANLAYIŞIM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: MƏNİM BÜTÖVLÜK ANLAYIŞIM...

(Özümə və çevrəmdəki mənzərəyə...)

3635    |   2019-11-04 09:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır
























Dan üzünə üz çıxartdım - üzümü

Mənə görə düz çıxartdım ,üzümü...
Sənə görə ,süz, çıxartdım üzümü -
Gördülər ki, yenə ağdı, həmən ağ!

Qeybət, bir də xəyanətdən qorundum
Haqsız qınaq olmağımdan yoruldum...
Hamı üçün çınqı oldum, qor oldum -
Gördülər ki , yenə bağdı, həmən bağ!

Sözümü də, işimi də yarıtdım
Ürəyimdə çox arzumu qarıtdım...
Təbəssümlə göz yaşımı sarıtdım -
Gördülər ki, yenə sağdı, həmən sağ!

Çox gülləyə, çox küləyə səd oldum
Bütövlüyə və dostluğa həd oldum...
Bu dünyada tək sevgiylə fət oldum -
Gördülər ki, yenə dağdı, həmən dağ!

Tanrı hakim, zaman şahid, mən bəndə
Günahı gör , məndə yox, sən mənbəndə!
Tay güvənmə bacardığın sən fəndə -
Gördülərki, yenə laxdı, həmən, lax!



İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK