ANA SƏHİFƏ / KRİMİNAL

Moskvada iki azərbaycanlı saxlanıldı: Paxlava sataraq İŞİD-i silahla təmin edirmiş

33125    |   2019-11-02 15:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Moskvada yaşayan iki azərbaycanlı – Rasim Baxşıyev və Elşad Yaqubov şirniyyat mağazası sahibindən terror maliyyəçisinəçevriliblər.

Məlumata görə, onlar Rusiyanın paytaxtında paxlava və digər şirniyyatlar bişirib sataraq qazanc əldə ediblər.

Bir müddət sonra isə bir tanışları onlara Türkiyədə silah satmağı təklif edib və əlavə edib ki, bunun üçün lisenziya almağa da ehtiyac yoxdur. Həmin şəxs iki azərbaycanlıdan silah, durbin və termal kameralar istəyib, bunların ov üçün lazım olduğunu deyib.

R.Baxşıyev və E.Yaqubov Moskvada silah mağazalarından qanuni olaraq silah-sursat alaraq Türkiyəyə göndəriblər. Ortaqları isə bu silahları Suriyaya keçirib. Rusiya ordusunun Suriyada keçirdiyi əməliyyat nəticəsində həmin silahlar aşkar olunub və beləlikləcinayətin üstü açılıb. İstintaq zamanı məlum olub ki, azərbaycanlılar bir il ərzində Türkiyəyə,dolayı yolla Suriyaya 30 milyon rubl dəyərində silah göndəriblər.

R.Baxşıyev və E.Yaqubov Moskvada saxlanılıb və hər şeyi etiraf edərək istintaqla əməkdaşlıq ediblər. Lakin onlar silahların Suriyaya göndərilməsindən məlumatsız olduqlarını bildiriblər.

Məhkəmə hər iki şəxsin altı il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.(oxu.az)




İmza:

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

Bakıda itləri dalaşdıranlarla bağlı məlumat yayan şəxsə atəş açdılar - YENİLƏNİB + VİDEO

Bakı sakini Gürcüstan vətəndaşını aldadıb, 10 min dollarını aldı

Bakıda qadını qarət edən keçmiş məhkumlar yaxalandı - FOTO/VİDEO

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

“Bıçağı qardaşımın boğazına çəkdim, dünyam qaraldı” - VİDEO

İş adamının maşını gülləbaran edildi, sürücü öldü – VİDEO

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

İsmayıllıda narkotik becərən qonşular saxlanılıb

Prokurorluq Bərdədə ana və qızının qətli ilə bağlı məlumat yaydı

Maştağada istixanada marixuana əkən şəxs tutuldu - FOTO/VİDEO

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK