hacklink Adalet.az | Niyaməddin Orduxanlı: Əminəm ki, Arif Hacılının yeni birlik cəhdi nəticə verməyəcək Adalet.az | Niyaməddin Orduxanlı: Əminəm ki, Arif Hacılının yeni birlik cəhdi nəticə verməyəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Niyaməddin Orduxanlı: Əminəm ki, Arif Hacılının yeni birlik cəhdi nəticə verməyəcək

7440    |   2019-11-01 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Görünür, bir qrup radikal müxalifət nümayəndəsi keçmiş korrupsioner Əli İnsanovdan pul qoparmaq istəyir. Əminəm ki, Arif Hacılının yeni birlik cəhdi nəticə verməyəcək. Çünki Əli İnsanov pul verməyi xoşlamır, əksinə o, pul almağı xoşlayır, bunu sübut edib. Onun necə özündənrazı olduğunu və insanlara yuxarıdan aşağı baxdığını, etidyi çıxışlarda hansı "mədəniyyətə” sahib olduğunu hamıdan çox elə, həmin o radikal müxalifət nümayəndələri yaxşı xatırlayır.

Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı Müsavat partiyasının başqanı Arif Hacılının müxalifət düşərgəsində fəaliyyət göstərən partiya və hərəkatlara dəyirmi masa keçirmək təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Müsavat başqanı olan Arif Hacılı çox yaxşı xatırlayır ki, keçmiş başqanı və digər silahdaşlarını ən çox təhqir edən, aşağılayan və satqın, xəyanətkar olduqlarını bəyan edən elə məhz Əli İnsanovun özü idi:

"Ə.İnsanov indi də həmin adamlara, ümumiyyətlə, insanlara yuxarıdan aşağı baxır. Həbsdə yatdığı müddətdə belə islah olunmayıb. Onun davranışına baxın, insanlara nökəri, qulu kimi baxır. Bu şəxs haqqında uydurulan "Qərbi azərbaycanlılar ona dəstək verir” fikirinin də heç bir əsası yoxdur! Tam məsuluyyətimlə deyirəm, mən də əslən Qərbi Azrəbaycan köklüyəm. Özüm də 50 minə yaxın Qərbi azərbaycanlıların kampakt yaşadığı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayıram. Əli İnsanov 12 il nazir işlədiyi dövrdə bir dəfə də olsun Mehdiabad qəsəbəsində yerli əhali ilə görüş keçirməyib. Mənim bu açıqlamamı minlərlə qəsəbə sakini oxuyacaq. Hər biri təsdiq edər ki, Əli İnsanov nazir işlədiyi dövrdə Mehdiabad qəsəbəsinin poliklinikası biabırçı bir vəziyyətdə idi, SSRİ dövründən qalmış, acınacaqlı bir durumda idi. Otaqlarda siçovullar gəzişirdi. Bütün bunlar qəsəbə sakinlərinin gözü qarşısında baş verib".

N.Orduxanlı onu da diqqətə çatdırıb ki, 1995-ci ildə dövlət çevrilişinə cəhddə Heydər Əliyevin çağırışına ilk kütləvi dəstək verən Mehdiabad qəsəbə sakinləri olub: "Minlərlə insan həmin anda ayaqyalın vəziyyətdə Prezident Aparatının (PA) qarşısına gəlib. Söhbət on mindən artıq insandan gedir. Bu, Qərbi azərbaycanlıların Heydər Əliyevə dəstəyinin nümayişi idi. Təbii ki, həmin vaxt Heydər Əliyevin çağırışına ən böyük dəstəyi xalq verdi. Bir neçə saatdan sonra yüz minlərlə insan PA-nın qarşısına toplaşdı. İndi bunlar utanmadan özlərini "Qərbi azərbayanlıların lideri” kimi hiss edirlər. Azərbaycan xalqının və o cümlədən də Qərbi azərbaycanlıların lideri İlham Əliyevdir! Uzun illərdir siyasətlə məşğul olduğumdan əhali ilə sıx təmasdayam. Tam məsuliyyətimlə deyirəm, Əli İnsanov Mehdiabad qəsəbəsindən bələdiyyə üzvlüyünə səs toplayacaq səviyyədə deyil. Əli İnsanov istəyirsə, bu il bələdiyyəyə namizədliyini verib şahidi olsun. O, heç zaman Qərbi azərbaycanlıların lideri ola bilməz və bundan sonra da olmayacaq da! Xalq bu adamlara dəstək vermiyəcək! Cəmil Həsənlini də xalq yaxşı tanıyır. Ona görə, onların birliyindən heç nə gözləmək olmaz".




İmza:

Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

Bayrağımız - milli qürur mənbəyimiz

Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq

Baş nazirdən qərar - Agentlik nümunələri müəyyən etməlidir

Bələdiyyə seçkiləri

Prezident İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

Vitse-spiker: “Əhaliyə ödənişlərin məbləği artacaq”

Vidadi Məmmədov: 1998-ci ildən bu yana müxalifətin yaratdığı birliklər

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK