adalet.az header logo
  • Bakı 12°C

Aqil ABBAS:SULTAN BƏYİN GORU ÇATLADI

AQİL ABBAS
76215 | 2019-11-02 10:00

Ötən əsrin əvvəlində Qarabağı,Şuşanı erməni işğalından, daha dəqiq desək,Androniki və onun faşizm yaranmadan faşistlikedən quldur dəstələrini məhv edən,çıxdıqları yerədək qovan Sultan bəy Sultanovu yəqin ki, gənclər tanımır. Bilmirəm tarix dərsliklərində adı var, yoxsa yox. Yəqin ki, olmaz. Vaqif Bayatlının Səttar Bəhlulzadəyə həsr etdiyi şeirdə belə bir misra var:

Bəzən insan unudulanda

Ölümlər də gerçək olur.

Tarix də unudulanda torpaqlar işğal edilir.

Nə isə…

Sultan bəyin məzarıQarsdan 60 km. aralıda yerləşən Köçköy (kəndin adına baxın – Köçköy, yəni köçkünlər kəndi) adlı bir kənddədi. Mən də bir gün ürəyimistədi getdim həmin kəndə, Sultan bəyin məzarını ziyarətetməyə. Bu kəndin 60-70 faizi demək olar ki, Laçından Sultan bəylə bərabər Sovet repressiyasından canlarınıqurtarmaq üçün Türkiyəyə köçənlərdi.

Sultan bəy əvvəlcəİrana keçmişdi, Sovet hökuməti İrandantəkidlə tələb edirdi ki, Sultanbəyi Sovetlərə təhvil versin. Şah gördü ki, Bəyi burda saxlamağa gücü çatmır, çağırıb xahiş elədi ki, İranı tərk eləsin.

Onda Atatürk Sultan bəyə sahib çıxdı, Türkiyəyə dəvət elədi, ona və qohumlarına,yəni onunla gələnlərə kənd bağışladı. Və Sultan bəyömrünün sonunadək həmin kənddəyaşadı.



Qəbiristanlıqdakı başdaşılarındemək olar ki, əksəriyyətinin arxasına kiril əlifbası ilə «Laçın» yazılıb. Belə məzarlar adətənəmanət məzarı sayılır. Haçansa onların nəşini qaytarıbdoğulduqları torpaqda basdıracaqlar.

Necə ki, 26 ildiQarabağdan kənarda dəfn olunanbizlərin də məzarı əmanət sayılır.Yəni haçansa həmin məzarları Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına və sair və ilaxır köçürəcəklər.

Vaqif Səmədoğlu yazır:

Məzarıma

Nə başdaşı qoyun,

nə heykəl,

bir cüt ayaqqabı qoyun,

ayaqyalın geyib getsin.

Sultan bəyin məzarının üstündə də nə başdaşı var, nə heykəl. Heç bir cüt ayaqqabıda yoxdur ki, haçansa Laçın azad olunandageyinib gəlsin Laçına.



Məzar çox acınacaqlı vəziyyətdədi. Dedim də, başdaşı yoxdu, başdaşının yerində birkubik var. Məzarın üstündəkitorpaq dağılmasın deyin ətrafınadaş düzüblər. Yəni yerliəhali deməsə, heç kim bu məzarın bu millətinböyük oğlu, qeyrətli oğlu, Andronikin qulağınıkəsən oğlu Sültan bəyin olduğunu öyrənəbilməz. Mənim maşınımı sürüb həmin kəndə aparan qarslı balası, VurğunƏyyubun ən sevimli tələbəsiAykut (bütün ıqdırlılar, qarslılar, ərzrumlular kimi azərbaycanlı kökənli ) orda təxminən 100-ə qədərşəkil çəkdi. Bakıya dönərkən Gürcüstandamaşını bir çayxanada saxlayıb yorğunluğumu çıxarmaq istərkən, həmin şəkillərə baxmaqüçün telefonu açdım.Mənim də internetdən, telefondan«əla» başım çıxır. Nə isə, hansısa düymənibasdım, bir anda bütün şəkillərməhv oldu. Az qaldı ürəyim partlaya. Çox istədim geri qayıdıb həmin kəndə gedimvə şəkilləri yenidən çəkim. Təbii ki, bunu edə bilmədim.

Və bir anlıq fikirləşdim ki, yəqin Sultan bəyin ruhu istəməyibki, Azərbaycan xalqı onun belə bərbad vəacınacaqlı qəbirini görsün. Vallah, o şəkillərionun ruhu pozmuşdu.

Türkiyədə çox gözəl birqanun var. Düzdür, mən bəzən o qanunları qınayıram. Deməli,qardaş ölkədə məzarlar bir-birindən fərqlənməli deyil, bu bir. İkincisi,bir məzarın üstünü götürmək istəyirsənsə həm Türkiyənin Daxili İşlər Nazirliyindən, həm də Mədəniyyət Nazirliyindənicazə alınmalıdır.

Yəni bizdəki kimi, hər kəs dədəsininqəbrinin üstünə heykəl yapa bilməzvə ya qara mərmərdən yüz min dollarlıqnəsə qura bilməz və sair və ilaxır.

Yəni hansısa yüksək dövlət məmurunun, bakanın, ya icra hakimiyyətibaşçısının dədəsinin qəbri hansısabir imkansızın qəbrindən fərqlənməli deyil. Təbii ki, həmin şəxs dövlət və millət üçünböyük önəm daşımırsa.

VaxtiləAzərbaycanın Qarsda Baş konsuluişləmiş Həsən Zeynalov Kərbəlayiİsmayılın Iqdırdakı məzarını adına layiq götürmək üçün bir neçə il çalışdı. Daxiliİşlər Nazirliyi, Mədəniyyət Nazirliyiilə az qala savaşa çıxdı.Təbii ki, Azərbaycan iqtidarı da Həsən Zeynalova böyük dəstək verirdi. Nəhayət,Türkiyə hökuməti Kərbəlayi İsmayılın məzarınınüstünün götürülməsinə və büstünün qoyulmasınaicazə verdi. Amma onu da qeyd edim ki, Həsən Zeynalov Kərbəlayi İsmayılın məzarınıabadlaşdırarkən Iqdırdakı həmin qəbiristanlığı tam abadlaşdırdı ki, orda yatanların əzizləri dəHəsən Zeynalova və Azərbaycanhökumətinə təşəkkür elədi.

Həsən müəllimdənsonra Qarsda Baş konsulişləyən Ayxan müəllim də Sultanbəyin məzarının götürülməsinə çox çalışdı,amma alınmadı. Ya gücü çatmadı, ya da vaxtı.Bilmirəm, həmin məzar yenəəvvəlki kimidi, yoxsa yox. Yəqin eləəvvəlki kimidi, yoxsa qəzetlər (söhbət bizimyox, Türkiyə qəzetlərindən gedir) bunu bizə minnət kimi manşetlərədaşıyardılar.

Azərbaycanı , Bakını rus-erməni işğalındanazad edən Nuru Paşanın şəhidolmuş əsgərlərinə ölkəmizin hər yerində abidələr ucaldılıb. Heç uzağagetməyək, Bakı-Şamaxı yolunda bir türk əsgərinin məzarı var.

Mən uşaq olarkən (onda Bakı-Kürdəmir yolu yoxuydu, maşınların hamısıBakı-Şamaxı yolu işləyirdi) haçanBakıya gələrdiksə atam maşını həmin əsgərindəfn olunduğu yerdə saxladardı. Məzar da yoldan xeyli uzaqdadı, bizi götürüb aparardıməzarın üstünə. Bir «Fatihə» surəsi oxuyardı, sonra bizə bu məzarın sahibininkim olduğunu anladardı. O vaxtdanbəlkə 60 il keçir, mən həmişə o yoldankeçəndə ailəmlə, balalarımla maşını saxlayar, bir «Fatihə» surəsi oxuyaram.Sonra Azərbaycan hökuməti, daha dəqiq desək, Ulu Öndər hakimiyyətə gələndən sonra həmin yerdə bir mavzoley yaratdı. Təkcə mən yox, ordan kim keçərsə ya maşınlarını saxlayarlar, düşüb ziyarət edərlər, ya da ən azı bir «Fatihə» surəsi oxuyarlar.Və Bakıda da Şəhidlər Xiyabanındaböyük bir abidə ucaldılıb.

Deyirlər biz qardaşıq axı, mən də elə düşünürəm.Bəlkə də Azərbaycanda ən böyükpantürklərdən biriyəm. Çünki gözümü açandanatam məni belə tərbiyəedib, mən də övladlarımı elə tərbiyə etmişəm. Yəni doğrudanmı Türkiyə hökuməti Sultan bəyinməzarını götürə bilməz? Ola bilərbu gün Türkiyə iqtisadi baxımdan bir az çətinlik çəkir, kardeşim, icazə verin, necə Kərbəlayi İsmayılın məzarınıgötürtmüşük, Sultan bəyin də məzarınıgötürək. Demirəm üstünəya heykəl qoyaq, ya nə bilim nə, heç olmasa səliqəyəsalaq. Ən azı ona görə ki, bugünki Türkiyənin qurucusu, bugünki Türk dövlətinin banisiAtatürkün ən yaxın arkadaşlarındanbiri olduğu üçün.

Yaxşı, bunu buraxdıq Türkiyəninüstünə, onsuz da həll etməyəcəklər.

Ermənistanda Sultan bəyin qulağını kəsdiyi Andronikin heykəliniucaltdılar. Həmin vaxt Sultanbəyin Qarsda həmin kənddəki goru çatladı.

Yəni doğrudanmı ölkəmizdə Sultan bəyə bir heykəl ucaldıla bilməz?

Ermənilər Njdeyə , Andronikə heykəl ucaldırlar, hətta gedib Gürcüstandabir insan qatilinə heykəlucaldırlar, biz isə özümüzün qeyrətlioğullarımızdan biri Sultan bəyə heykəl demirəm, Allahın adicə bir büstünüqoymuruq.

Niyə görəsən? Bəlkə qorxuruq ki, ermənilərinxətrinə dəyər?!

Nə isə… Amma onu bilirəm ki,Sultan bəyə hardasa birheykəl qoyulmasa da, Azərbaycan xalqınınqəlbində onun çox böyük heykəli var.

Sultan bəy, Laçın azad olunacaq. Eybi yox, onda nəşiniLaçına daşıyarıq, heykəlini də Laçında ucaldarıq.


TƏQVİM / ARXİV