ANA SƏHİFƏ / HADİSƏ

Bakıda qayıqda partlayışla bağlı FHN və PROKURORLUQ birgə məlumat yaydı

3414    |   2019-10-29 18:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında baş verən partlayışla bağlı məlumat birgə yayıb:

Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat etmiş, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülmüşdür.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin "112", Baş Prokurorluğun "961" nömrəli "Qaynar xətt" əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.




İmza:

Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü - VİDEO

Gəncədə avtoxuliqanlıq baha başa gəldi: Sürücülük vəsiqəsi alındı, həbs edildi - VİDEO

Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı

Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

İranın cənub-qərbində zəlzələ olub

Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu - YENİLƏNİB

Avtobus sürücüləri əvvəlcə yarışdılar, sonra dalaşdılar - VİDEO

Dağıstanda meşədə quldurlarla güc strukturları arasında atışma

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb

Oğuzda itkin düşmüş 12 yaşlı oğlanı heyvanlar parçalayıb - YENİLƏNİB

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK