hacklink Adalet.az | Komitə bəzi şəxslərin siyahıyaalınmadan kənarda qalmasının səbəbini açıqladı Adalet.az | Komitə bəzi şəxslərin siyahıyaalınmadan kənarda qalmasının səbəbini açıqladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Komitə bəzi şəxslərin siyahıyaalınmadan kənarda qalmasının səbəbini açıqladı

3068    |   2019-10-28 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Statistika Komitəsi əhalinin siyahıyaalınması zamanı bəzi şəxslərin bu prosesdən kənarda qalmasının səbəbini və bununla əlaqədar görüləcək tədbirləri açıqlayıb.

Dövlət Statistika Komitəsində (DSK) Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb.

Onun sözlərinə görə, dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcılar vətəndaşların ünvanlarına getsə də, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər: "Belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq sayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub" adlı sənəd tərtib edilərək ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib və sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi, sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilib. Lakin həmin bildirişlərin müəyyən yerlərdə qopardılaraq atılması hallarına da rast gəlinib”.

A.Abbasəliyev əlavə edib ki, məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçirilib, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkilib. Eyni zamanda, müxtəlif səbəblərdən siyahıya alınmayan şəxslərin Dövlət Statistika Komitəsində yaradılmış "Qaynar xətt mərkəzi"nə müraciəti əsasında onların siyahıyaalınması təmin edilir.

DSK rəsmisi qeyd edib ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən bu ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra - 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.



İmza:

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanını təbrik edib

Zakir Həsənov əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Şeyx Əbdül: "Televiziyaları bərbad günə qoyanların..."

Mehriban Əliyevadan Maksim Qalkinin yaradıcılıq axşamı ilə bağlı paylaşım - FOTO

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Məhkəmə ekspertləri də attestasiyadan keçəcək

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK