ANA SƏHİFƏ / SİYASƏT

Allahşükür Paşazadə Vyanada beynəlxalq konfransda iştirak edəcək

11838    |   2019-10-28 13:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 28-30 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Səfər müddətində QMİ sədri KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən keçirilən bir sıra mühüm toplantılarda iştirak edəcək.

QMİ-dən verilən məlumata görə, KAİSİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü olan Şeyxülislam A.Paşazadə ilk öncə KAICIID-in Tərəflər Şurası və Direktorlar Şurasının Mərkəzin yarandığı gündən bəri ilk müştərək iclasına qatılacaq. Birgə iclasdan sonra İdarə Heyətinin 21-ci növbəti sessiyası keçiriləcək, iclasda Mərkəzin son dövr üzrə fəaliyyəti və qarşıdan gələn konfransı müzakirə olunacaq.

QMİ sədri A.Paşazadə 30-31 oktyabr tarixlərində keçiriləcək "Sözün Gücü: nifrət nitqinə qarşı mübarizədə dinin, medianın və siyasətin rolu" adlı beynəlxalq konfransda iştirak edəcək. Burada KAICIID-in beynəlxalq səyləri və Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma və Əməkdaşlıqın birgə dinc yaşama, bərabər vətəndaşlıq və nifrət nitqinə qarşı yönəlik səylərinin müzakirə olunacağı nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma, bölgədəki müsəlmanlar və xristianlar üçün ilk dinlərarası dialoq platformasıdır. Həmin platforma bölgənin 23 Müsəlman və Xristian dini lideri tərəfindən təsdiqlənmiş "Təsis Sənədi" ilə formalaşdırılmışdır.

Konfransda 200-ə yaxın dini lider, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də siyasətçılər toplaşacaqlar. Konfransın əsas məruzəçiləri Avstriya Respublikasının keçmiş Prezidenti Hainz Fişer və BMT Baş katibinin Soyqırımların qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adam Diengdir. Konfrans dünyanın müxtəlif bölgələrindən dini liderlər, dini qurumların yüksək nümayəndələri, siyasətçilər və Beynəlxalq Təşkilatların rəhbərləri arasında fikir və təcrübə mübadiləsi, birgə yanaşı yaşama, bərabər vətəndaşlıq və nifrət nitqlərinə qarşı mübarizə platforması kimi çıxış etmək məramı daşıyır.

Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə, 25 ölkədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.

Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.




İmza:

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

Parlament sədrindən vətəndaşlara çağırış

Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib

Tural Gəncəliyev: “Ermənistan işğalın nəticələrini legitimləşdirə bilmədi”

Ülvi Quliyev: “Milli Məclis koronavirusla mübarizədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir”

Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim edilib

Dövlət büdcəsinin icrası ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə olundu

“İnzibati tədbirlər vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi üçün vacibdir” - Tahir Rzayev

Vitse spiker: Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var

SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK