ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Qaçqınkom”da kollegiya iclası keçirilib

6728    |   2019-10-26 10:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda sosial-iqtisadi inkişaf göstəriciləri yüksəkdir, onları daha da artırmaq üçün kifayət qədər imkan və potensial var. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bu barədə ətraflı danışılıb və dövlətimizin başçısı iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmağı, islahatları davam etdirməyihökumətin qarşısında əsas vəzifə kimi qoyub. Bu zaman mövcud ehtiyatlar aşkar edilməli, büdcə gəlirləri artırılmalı, həmçinin büdcə xərclərinin məqsədyönlülüyü və şəffaflığı təmin olunmalıdır. Ölkə rəhbəri apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bir daha bəyan edib. Bu baxımdan, dövlətimizin artan imkanları və büdcə gəlirləri əhalinin, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir.

Bu fikirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin geniş kollegiyasında səsləndirilib. Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il nəzərdə tutulan genişmiqyaslı işlərindavam etdirildiyini, Prezident İlham Əliyevin gələn il görüləcək işlərlə bağlı konkret tapşrıqlar verdiyini bildirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunmasının vacibliyini vurğulayıb.

Kollegiya iclasında Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun 2019-cu ildə icrası nəzərdə tutulan layihələri üzrə işlərin gedişi barədə Fondun icraçı direktoru Mahir Abbaszadənin,komitənin regional strukturlarının fəaliyyəti və onların işinin təkmilləşdirilməsi tədbirləri, həmçinin məcburi köçkünlərin fərdi uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı görülən işlərin vəziyyəti haqqında barədə komitə sədrinin müavini Fuad Hüseynovun, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğun artırılması məsələləri barədə şöbə müdiri Sənan Hüseynovun, büdcə vəsaiti və investiya xərcləri hesabına aparılan təmir-tikinti işlərinin vəziyyəti barədə şöbə müdiri Rövşən Əlvəndovun, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə departamentin direktoru Səbuhi Əhmədovun hesabatları dinlənilib və müzakirə edilib.

Kollegiya gündəlikdə məsələlərlə bağlı qərarlar qəbul edib.



İmza:

Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb - VİDEO

Bakıda küçə və yollarda son vəziyyət

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

Tvinninq layihəsinin yekun konfransı keçirilib

Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi: “Bundan sonra necə yaşayacağam?”

Bu həftəsonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Bakı üzrə iyul ayının pensiyaları ödənildi

TƏBİB çimərliklərlə bağlı açıqlama verib

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK