ANA SƏHİFƏ / SİYASƏT

Prezident: BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac var - VİDEO

12619    |   2019-10-25 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə deyib.

Prezident bildirib ki, Hərəkata üzv olan ölkələrin Dövlət və Hökumət Başçılarının 2016-cı ildə keçirilmiş 17-ci Zirvə Görüşündə növbəti görüşün Bakıda keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib.

"Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizə təşəkkürümüzü bildirirəm”.

Ölkə başçısı qeydedib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz priorietlərini və fəaliyyətini Banduq prinsipləri üzərində quracaq.

"Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması ilə əməkdaşlığın təşviqi kimi prinisipləri ehtiva edən Banduq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə tamlıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac var. Sərhədlərin bir çoxunun dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Prezident əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək.

"Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada, Azərbaycanın ötən ay "77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyaslı səylərimizi daha da artırmağa imkan verir.

Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan, kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarını inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan yararlanır. Azərbaycanda gənclər siyasəti prioritet kimi müəyyən edilib.

Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq gənclər sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş gənclər sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak edib”.





İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar partiyasının Bəyanatı

Sahibə Qafarova: "Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq"

ORDUMUZ VƏZİFƏSİNİ YERİNƏ YETİRMƏYƏ QADİRDİR

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

Ermənistanın sərhəddə təxribatı və beynəlxalq reaksiyalar - Aqil Abbas, İbrahim Rüstəmli

Pakistandan Ermənistana SƏRT BƏYANAT

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

Spikerdən erməni təxribatlı ilə bağlı müraciət

Hikmət Hacıyev: Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir + VİDEO

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

SON XƏBƏRLƏR
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK