ANA SƏHİFƏ / DÜNYA

Saturnun peykinin dərinliyində böyük okean var

25007    |   2019-10-24 15:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Saturnun "Enselad peyki"nin yaşı həyatın yaranışı ilə ideal uyğundur. Səthi buzla örtülmüş Saturnun "Enselad peyki"nin dərinliyində böyük okean gizlənir.

Adalet.az-ın məlumatına görə, NASA–nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində, Mark Nevyenin (Mark Neveu) rəhbərliyi altında təqdqiqatçılar qrupunun məlumatına əsasən, bu okeanın yaşı təqribən bir millyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta ideal uyğun gəlir.

Nevye və onun əməkdaşları tərtib etdikləri kompüter modelləşməsi vasitəsilə 13 il ərzində Saturn ətrafında orbitdə olan NASA-nın "Cassini" kosmik apparatının köməyi ilə toplanmış məlumat əsasında Enselad (şəkil 1) peykinin yaşını hesablayıblar.

"Cassini" aparatıının köməyi ilə edilmiş böyük kəşflərdən biri Enseladda hidrotermal mənbələrə malik okeanın kəşf olunmasıdır.

Enseladda tapılan okeanın yaşı orada həyatın mövcudluğu üçün böyük əhəmiyyətə malikdir. Mürəkkəb bioloji molekullar nisbətən sadə komponentlərdən kimyəvi reaksiyaların gedişində əmələ gəlir.

Lakin istənilən kimyəvi çev­ril­mə üçün müəyyən zaman müd­dəti tələb olunur. Əgər En­selad peyki çox cavan olarsa, həyatın yaranmasına gətirən reaksiyaların gedişi üçün tələb olunan zaman həqiqətən kifa­yət etməzdi. Müəlliflər izah edir ki, əksinə, Saturnun peykindəki okeanın yaşı həddindən böyükdürsə, onda bütün reaksiyalar tarazlıq halına çata bilməz və bu halda həyatın mövcudluğu yenə qeyri mümkün olardı.



İmza:
SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK