hacklink Adalet.az | BQXK: Əsir və girovların dəyişdirilməsi üçün səylər göstərilir Adalet.az | BQXK: Əsir və girovların dəyişdirilməsi üçün səylər göstərilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

BQXK: Əsir və girovların dəyişdirilməsi üçün səylər göstərilir

10660    |   2019-10-24 14:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Adalet.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib.

Nazir Elmar Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir, saxlanılan əsir-girovların "hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.

Peter Maurer öz növbəsində BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.

Sonra BQXK-nin prezidenti Qoşulmama Hərəkatının Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək, BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirib.




İmza:

Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

Bayrağımız - milli qürur mənbəyimiz

Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq

Baş nazirdən qərar - Agentlik nümunələri müəyyən etməlidir

Bələdiyyə seçkiləri

Prezident İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

Vitse-spiker: “Əhaliyə ödənişlərin məbləği artacaq”

Vidadi Məmmədov: 1998-ci ildən bu yana müxalifətin yaratdığı birliklər

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK