hacklink Adalet.az | KREML KÜRD TERRORÇULARINI TƏHDİD ETDİ Adalet.az | KREML KÜRD TERRORÇULARINI TƏHDİD ETDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

KREML KÜRD TERRORÇULARINI TƏHDİD ETDİ

«Sərhəddən çəkilməzsələr, Türk ordusunun tapdağı altında əziləcəklər»

16872    |   2019-10-23 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə baş tutan altı saatlıq görüşündən sonra tərəflər bütün bölgə üçün taleyüklü hesab edilən Suriya ilə bağlı qərarları qəbul ediblər. Türkiyənin Suriyadakı hərbi əməliyyatını dayandırmasına razılıq verdiyi beş günlük ərəfədə başa çatdı və hər kəs bundan sonra nə olacağını gözləyir. Putin və Ərdoğan arasındakı danışıqlar bütün sualların cavabını verməlidir.

«Newsru»nun verdiyi məlumata görə, iki lider görüşmənin ardından 10 maddəlik tarixi Suriya anlaşmasına imza atıb. AnlaşmadaSuriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyi qeyd olunub: "Rusiya və TürkiyəSuriyada terrorun bütün formalarına və separatçılığa qarşı birgə mübarizə aparacaqlar".

Əslində bu, Suriyanın şimal-şərqində sülhə nail olmaq üçün atılan bir addım planıdır. Kremldə aparılan danışıqların nəticələrinə görə, oktyabrın 23-dən etibarən YPG və PKK 150 saat ərzində təhlükəsiz zonadan çıxarılmalıdır. 150 saatın sonunda türk-rus birləşmələri 10 km dərinliyə irəliləyəcək və Türkiyənin Suriyanın şimalında apardığı «Barış pınarı» əməliyyatı da bundan sonra dayandırıla bilər.

Rusiya hərbi polisi birgə patrul xidməti aparmaq üçün oktyabr 23-də Suriya-Türkiyə sərhədi ərazisinə gəlib. Onların vəzifəsi kürd silahlı birləşmələrinin sərhəddən 32 kilometr aralıya çəkilməsinə yardım etmək olacaq ki, bu da bir həftə vaxt aparacaq.

Görüşdə Türkiyə prezidenti Ərdoğan rusiyalı həmkarına Ankaranın Suriya ərazilərinə göz dikmədiyini bildirərək: «Bu istiqamətdə bütün addımlarımızı çox diqqətlə planlaşdırırıq. Əvvəlki iki əməliyyatımız, «Fərat Qalxanı» və «Zeytun budağı» zamanı 4000 kvadrat kilometr terrorçulardan təmizləndi. Ancaq son əməliyyat, nəhayət, bu əraziləri terrorizmdən təmizləməyimizə və bir milyon Suriya vətəndaşının bu ərazilərə köçürülməsinə imkan verəcək" – deyə "Barış Pınarı” əməliyyatının hədəflərini həmkarı Putinə detallı şəkildə izah edib. Türkiyə prezidenti Ərdoğan bir daha Putinə bildirib ki, TürkiyəninSuriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, terror qruplaşmaları 150 saat ərzində Türkiyənin sərhədindən 32 kilometr uzaqlaşdırılacaq. Kürdlərin tərk edəcəyi torpaqlarda isə qaçqınlar yerləşdiriləcək.

Soçidə çıxarılan qərarları şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə «kürd terrorçuları sərhəddən çəkilməzsə, Türk ordusunun tapdağı altında əziləcək»- deyə bildirib.

ABŞ prezidenti Donald Tramp isə Twitterdə hər iki prezidentin Suriya ilə bağlı qərarlarını şərh edərək, bunun bütün Yaxın Şərq üçün "yaxşı xəbər” olduğunu deyib.

MEHRİBAN




İmza:
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK