ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda “ağ ölüm” yayan əsas narkotacirlərdən biri həbs edilib - FOTO

31554    |   2019-10-23 11:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı Hacıqabul rayonunda qeydiyyatda olan İlham Rzayev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan İ.Rzayevin Maştağa qəsəbəsində yaşadığı evə də müvafiq qaydada baxış keçirilib. Oradan isə əlavə olaraq satış üçün hazır qablaşdırılmış formada 5 kiloqram 015 qram heroin, 1 kiloqram 145 qram psixotrop maddə metamfetamin, 805 qram narkotik vasitə tiryək və 388 ədəd çəkisi 15,52 qram olan metadon (F M40) həbləri aşkar edilərək götürülüb.

Ümumilikdə Baş İdarə tərəfindən qanunsuz dövriyyədən7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin Sabunçu və paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əsas narkotacirlərdən biri olduğu müəyyən edilib.

Faktla bağlı İ.Rzayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.




İmza:

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

Balakəndə bir evin həyətində çətənə kolları aşkarlanıb

Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi

Gəlin baldızının pullarını oğurlatdı

Mağazadan oğurluq etmək istəyən gənc müştərilər tərəfindən tutuldu - VİDEO

Azərbaycanda “Yura” ləqəbli narkotacir tutuldu

Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib

Özündən 16 yaş böyük biri ilə qaçan qızını öldürdü

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncədə atasının qisasını alan şəxs ömürlük azadlıqdan məhrum edildi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK