ANA SƏHİFƏ / SİYASƏT

Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”

11075    |   2019-10-23 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakı sammitində Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Mən son 3 ildə uğurlu sədrliyə görə Venesuelaya təşəkkür edirəm”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrinin Xarici İşlər Nazirlərinin Şurasının iclasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Azərbaycan heç bir hərbi birlikdə iştirak etməyən ölkədir. O qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək:

"İlk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı bu quruma üzv ölkələrin gənclərinin də sammiti keçiriləcək. Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir. Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

Nazir xatırladıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir:

"Bu isə ümumilikdə regional təhlükəsizliyə təhdiddir. Münaqişə başlayandan, hərbi əməliyyatlar məhz Azərbaycan ərazisində keçirilib. Bundan isə infrastruktur və dinc əhali ziyan çəkib. Nəticədə bir milyondan çox insan öz doğma torpaqlarını tərk etməli olub. Mən Azərbaycanın ərazi bütövlüyünün dəstəklədikləri üçün Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edirəm”.





İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Deputatlar tətilə çıxdılar

ORDUMUZ VƏZİFƏSİNİ YERİNƏ YETİRMƏYƏ QADİRDİR

Ermənistanın sərhəddə təxribatı və beynəlxalq reaksiyalar - Aqil Abbas, İbrahim Rüstəmli

Türkiyə parlamentindən Azərbaycana dəstək - VİDEO

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar partiyasının Bəyanatı

Sahibə Qafarova: "Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq"

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

Pakistandan Ermənistana SƏRT BƏYANAT

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

Spikerdən erməni təxribatlı ilə bağlı müraciət

SON XƏBƏRLƏR
2020-07-15
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.04%)
Pullsuz (10.96%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK